Icma.az
close
up
RU
® “PAŞA Holdinq”in dəstək göstərdiyi Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü keçirilib AZƏRTAC

® “PAŞA Holdinq”in dəstək göstərdiyi Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ilin sentyabr ayından etibarən “PAŞA Holdinq”in dəstəyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycana cəlb olunan dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School Azərbaijan” məktəbi ikinci dəfə məzunlarını yola salıb.

Noyabrın 29-da baş tutan tədbirdə 46 tələbə İKT sahəsindəki təhsillərini başa vuraraq məzun olub. Məzunların seçilməsi 1000 nəfər müraciətçi arasından həyata keçirilib. Bu tələbələrdən 35 nəfər “Foundations of Computer Science”, 11 nəfər isə “Full Stack Web Development” proqramını uğurla tamamlayıb.

Məzun olan tələbələrdən 16 nəfəri artıq işlə təmin olunub. Onların 26 nəfəri hazırda universitet tələbəsidir. Tələbələrdən 10 nəfər isə ölkənin müxtəlif regionlarından proqrama qoşulub.

“Holberton School Azərbaycan” ölkədə İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması məqsədilə fəaliyyət göstərir. Bu günə qədər məktəbə 5000-ə yaxın müraciət daxil olub və 167 tələbəni əhatə edən dörd tədris dalğası həyata keçirilib.

Ümumilikdə, 22 ölkədə, 34 şəhərdə və ötən il Bakıda fəaliyyətə başlayan "Holberton School" Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.

Qeyd edək ki, “Holberton School Azerbaijan” tələbələrinə texniki və yumşaq bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa hazırlayır.

Xatırladaq ki, innovasiyaların təşviqi, eləcə də ölkədə innovasiya ekosisteminə dəstəyin göstərilməsi “PAŞA Holdinq”in önəm verdiyi istiqamətlərdəndir. Bu məqsədlə holdinq tərəfindən “INMerge İnnovasiya Sammiti” və “PAŞA Hakaton” təşkil edilir, yerli inkubasiya və akselerasiya mərkəzlərinə dəstək göstərilir. Ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də “PAŞA Holdinq”in dəstəyi ilə fəaliyyətə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri