Icma.az
close
up
RU
“Paşinyan Avropa inteqrasiyasını gündəmə gətirməklə Moskvaya təsir göstərməyə çalışır POLİTOLOQ

“Paşinyan Avropa inteqrasiyasını gündəmə gətirməklə Moskvaya təsir göstərməyə çalışır POLİTOLOQ

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 25-də Moskvada keçiriləcək "Beynəlxalq Nüvə Həftəsi” konfransında iştirak etmək üçün Rusiyaya səfər edib.

Politoloq Tofiq Abbasov AZXEBER.COM-a bildirib ki, Paşinyan əvvəlki kimi bir neçə oturacaqda oturmaq niyyətindədir:

"O, anlayır ki, böyük dəbdəbə ilə bəyan etdiyi Avropaya inteqrasiya üçün nə zaman, nə də şərait var. Çünki Avropa hazırda öz problemləri ilə məşğuldur. Belə olan halda o, köhnə imkan və imtiyazlardan vaz keçə bilmir. Məsələ seçkilərə doğru gedir və Paşinyan bütün opponentlərinin rusiyapərəst olduğunu bilir. Qarabağdan çıxan nümayəndələr də, Rusiyada biznesi olan şəxslər də əsasən anti-Paşinyan cəbhəsi formalaşdırmaq istəyirlər. Hətta seçkilərə qədər onun istefasına nail olmaq ehtimalı da var”.

Ekspert deyib ki, Paşinyan Kreml və Putinlə münasibətlərini normallaşdırmağa səy göstərəcək:

"Paşinyan Avrasiya məkanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərindən geri çəkilmədiyini sübut etməyə çalışacaq. Bu, Rusiyanı qane edəcəkmi – başqa məsələdir. Ancaq Paşinyan 2018-ci ildən hakimiyyətdədir və müəyyən siyasi çevikliyə malikdir. O, dəfələrlə gərgin dönəmləri öz komandası ilə birlikdə arxada qoya bilib. Moskvanın ona son bir şans verməsi mümküdür. Əgər o, Rusiyaya verdiyi öhdəliklərdən geri dönməzsə, daha bir dəfə dəstəklənə bilər. Paşinyan həm də çalışacaq ki, opponentlərinin Rusiya qarşısında verdiyi vədləri neytrallaşdırsın və məsuliyyəti öz üzərinə götürsün”.

Politoloq qeyd edib ki, burada qərar Rusiyanın siyasi elitasından, xüsusilə də Putindən asılı olacaq:

"Paşinyan Avropa inteqrasiyasını gündəmə gətirməklə Moskvaya təsir göstərməyə çalışır. Amma Avropa Ermənistanın yükünü daşımaq vəziyyətində deyil. Ona görə də Paşinyan "atları aşırımda dəyişmək” vaxtı olmadığını anlayır və əvvəlki sistemlə hərəkət etməyə davam edəcək. O, köhnə sazişlərə sadiq qaldığını göstərmək istəyəcək. Eyni zamanda bildirəcək ki, "Trampın körpüsü” də Rusiyanın maraqlarına zidd deyil”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri