Icma.az
close
up
RU
Paşinyan cütlüyündən gözlənilməz gediş Gizli plan işə düşdü

Paşinyan cütlüyündən gözlənilməz gediş Gizli plan işə düşdü

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlər musiqili videolar paylaşması, ürək işarəli mesajlar verməsi və barabanda ifası geniş müzakirələr yaradıb. Ardınca həyat yoldaşı Anna Akopyanın addımı da diqqət çəkib. Belə ki, o, əvvəlcə Nikol Paşinyanla vətəndaş nikahının bitdiyini açıqlayıb. Bu xəbərdən sonra onların ayrıldığı düşünülsə də, cütlüyün rəsmi nikaha daxil olduğu ortaya çıxıb. 

Bütün bunları seçkiöncəsi təşviqat adlandırmaq olarmı?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli xatırladıb ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il 7 iyun tarixinə təyin olunub:

“Hazırda Nikol Paşinyan komandasının bütün addımları bu seçkilərdə üstünlük əldə etməyə hesablanıb. Vətəndaş nikahına son qoyularaq rəsmi nikaha daxil olunması qərarı da məhz bu siyasi hədəflə bağlıdır. Ehtimal ki, bu addım Paşinyanın ünvanına səslənən tənqidləri neytrallaşdırmaq və məsələnin seçkiöncəsi ictimai müzakirə mövzusuna çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Baş nazir artıq anlayır ki, siyasi rəqibləri seçki mübarizəsində etik sərhədlərə riayət etməyəcəklər. Qarşıdakı kampaniya faktiki olaraq ciddi siyasi qarşıdurma kimi qiymətləndirilir”.

Zaur İbrahimli

Politoloq bildirib ki, Paşinyanın rəqiblərinin Rusiyadan informasiya və texnoloji dəstək ala biləcəyi istisna edilmir:

“Rusiyanın media və təbliğat resurslarının bu prosesdə fəal rol oynayacağı, xüsusilə şəxsi həyatla bağlı mövzuların manipulyasiya alətinə çevrilə biləcəyi ehtimal olunur. Artıq müxtəlif dövrlərdə Rusiya mərkəzi kanallarında Paşinyanın şəxsi obrazının hədəfə alındığını müşahidə etmişik. Oxşar təcrübə vaxtilə Ukrayna rəhbərliyinə qarşı da tətbiq olunub. İnformasiya texnologiyalarının və sosial şəbəkələrin inkişafı isə bu cür təsir imkanlarını daha da genişləndirib. Bu baxımdan, Paşinyan komandasının vətəndaş nikahı məsələsinin seçki kampaniyasında əlavə təzyiq alətinə çevrilə biləcəyini nəzərə alaraq əvvəlcədən preventiv addım atdığı qənaəti formalaşır. Digər tərəfdən, Paşinyanın kilsə ilə münasibətlərində mövcud gərginlik də nəzərə alınmalıdır. Çünki xristian ənənəsində rəsmi nikah əsas sayıldığından, bu istiqamətdə də tənqidlərin səslənəcəyi gözlənilən idi. Beləliklə, qəbul edilən qərar həm siyasi risklərin azaldılması, həm də seçkiöncəsi mümkün müzakirələrin qarşısının alınması məqsədi daşıyan addım kimi qiymətləndirilə bilər”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri