Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bu gün keçirdiyi brifinqdə məsələnin həlli üçün ilk növbədə sərhədin delimitasiyasının aparılmalı olduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, həm Ermənistanda, həm də Azərbaycanda bu məsələnin müvafiq həll yolunun tapılması zərurəti ilə bağlı anlayış getdikcə konkretləşir.
“Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Hiss edirəm ki, həm Ermənistanda, həm də Azərbaycanda müvafiq həll yolunun tapılmasının zəruri olduğu barədə anlayış getdikcə daha konkret xarakter alır”,- deyə Paşinyan bildirib.
Paşinyan, həmçinin Ermənistanın sülhün institusionallaşdırılması prosesinin yekun mərhələsinə daxil olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















