“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışında ölkəmizin artıq Azərbaycan və Türkiyədən asılı olduğunu bəyan etdi”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
“Ermənistan dünyadan nə istəyir? Bu, Nikolun çıxışında öz əksini tapmalı idi. Faktiki olaraq, Nikol Nyu-Yorka ancaq Azərbaycan və Türkiyənin maraqlarından çıxış etmək üçün getmişdi. O, Ermənistanın bu gün Azərbaycan və Türkiyədən asılı olan dövlət olduğunu təkrarlamaq və dolayı yolla təsdiqləmək üçün orada idi. Məhz bu, Ermənistanın faktiki xarici siyasətinə çevriləcək”, - o bildirib.
Zakaryanın fikrincə, Paşinyan həmçinin BMT-nin tribunasında Ermənistanın özünün təbii və real müttəfiqi Rusiyadan uzaqlaşacağını və Qərb-Cənubi Qafqaz-Mərkəzi Asiya oxuna inteqrasiya edəcəyini nümayiş etdirməyə çalışıb. Keçmiş nazir müavini bunu “Ermənistanın türk dünyasına inteqrasiyası” kimi də xarakterizə edib.
Zakaryan baş nazirin Lüksemburq, Xorvatiya, Litva, Niderland və Bolqarıstanla “strateji münasibətlər” barədə sözlərini də tənqid edib. O qeyd edib ki, bu ölkələrlə münasibətlərin strateji xarakter daşıması barədə bəyanatlar reallığa uyğun gəlmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 25 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















