Paşinyan Fransada 3,1 milyon avroya villa aldı: Ermənistan qarışdı Korrupsiya şübhələri KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın nüfuzlu KİV-ləri – Le Parisien və France Info – Ermənistanın baş naziri Nikol Paşinyanın 2025-ci ilin may ayında Marsel şəhərində 3,1 milyon avro dəyərində lüks villa satın aldığını iddia edirlər.
KONKRET.az xəbər verir ki, jurnalist araşdırmalarına görə, bu alışın maliyyə mənbələri şübhə doğurur. Bildirilir ki, villa AFD (Fransa İnkişaf Agentliyi) və Fransadakı erməni diaspor təşkilatı CCAF tərəfindən Ermənistana ayrılmış humanitar və büdcə yardımları hesabına alınmış ola bilər.
Fransız mətbuatı həmçinin Paşinyanın Marsel meri Benua Payan ilə yaxın əlaqələrini vurğulayır və onun bu alqı-satqı prosesinə vasitəçilik etdiyini ehtimal edir.
Ermənistanda artıq bu məsələ ilə bağlı istintaqa start verilib.
Müxalifət baş naziri korrupsiyada ittiham edərək onun istefasını və impiçmentini tələb edir. Paşinyanın Fransadakı bu villası onun hakimiyyəti itirdiyi halda “ehtiyat çıxış nöqtəsi” kimi dəyərləndirilir.
Natiq Səlim,
KONKRET.az


