Icma.az
close
up
RU
Статья не опубликована
Paşinyan hakimiyyəti və revanşist qüvvələr arasında qarşıdurma genişlənir

Paşinyan hakimiyyəti və revanşist qüvvələr arasında qarşıdurma genişlənir

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistanda sabiqlərin bir-birilərini ifşası prosesi başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Qərbi Azərbaycandan qovulması ilə bağlı etirafından sonra sabiq baş nazir Aram Sarkisyan Meğri məsələsini gündəmə gətirib. Bütün bunların arxasında isə Baş nazir Nikol Paşinyanın dayandığı deyilir”.

“Paşinyan hakimiyyəti hazırda geopolitik labirintə düşmüş vəziyyətdədir, ona görə də mövcud situasiyadan çıxış yolları axtarmaq məcburiyyətində qalıb. Əsas problemlərdən biri də ondan ibarətdir ki, radikal revanşist erməni müxalifəti Paşinyan hakimiyyətinin siyasi narrativlərinə qarşı ciddi müqavimət göstərirlər. Bu narrativlərin sırasında təbii ki, Azərbaycanla sülh sazişinin imzalanması, eyni zamanda Zəngəzur dəhlizinin açılması, Cənubi Qafqazdakı nəqliyyat-kommunikasiya xətlərinin işə salınmasından sonra Ermənistanın iqtisadi inkişafına şans yaradılması kimi məsələlər yer alır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, ancaq radikal revanşist erməni siyasi qüvvələri Paşinyan hakimiyyətinə bu məsələlər istiqamətində pozitiv addımların atılmasına imkan vermək niyyətində deyillər.

“Hətta Paşinyan hakimiyyətini Ermənistanın maraqlarına xəyanət etməkdə günahlandırırlar. Qarşıdan isə Ermənistanda növbəti parlament seçkiləri gəlir. Belə bir situasiyada Ermənistanın indiki hakimiyyətinin, yəni Paşinyan hakimiyyətinin qalib gəlmə şansları kifayət qədər məhdud görünür. Bu səbəbdən də baş nazir Nikol Paşinyan əsas radikal revanşist müxalif qüvvələrin sıradan çıxarılmasına ehtiyac duyur. Bunun yollarından biri kimi də ifşa materiallarının ictimailəşdirilməsi ön planda tutulur. Hələlik bu addımların Paşinyana hansı imkanlar açacağını söyləmək bir qədər çətindir. Ancaq istənilən halda bu Paşinyan hakimiyyətinin seçki ərəfəsində radikal revanşist siyasi dairələrə zərbə vurmaq cəhdləridir və bu cəhdlərin nəticələrini də yəqin ki, proses irəlilədikcə daha aydın təsəvvür etmək mümkün olacaq. Paşinyan hakimiyyəti Ermənistana xarici dəstəyin zəifləyə biləcəyindən narahatdır. Ona görə də çalışır ki, sülh sazişi və Zəngəzur dəhlizi məsələlərində açıq qapı saxlamaq imkanlarını əldən verməsin. Ancaq radikal revanşist müxalifətin sərt müqaviməti hazırda Paşinyan hakimiyyətini bu məsələlərin həlli istiqamətində real addımlar atmaqdan çəkindirir. Bu səbəbdən də Paşinyan hakimiyyəti və revanşist radikal siyasi qüvvələr arasında qarşıdurma dərinləşir. Paşinyan hakimiyyəti ilk növbədə revanşist radikal erməni müxalifətinin liderlərini, yəni keçmiş Ermənistan rəhbərlərini hədəfə almaqla qarşı düşərgəni zəiflətməyə çalışır”.

Rəfiqə NAMAZƏLİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 07 Yanvar 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri