Icma.az
close
up
RU
Paşinyan kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq?

Paşinyan kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İyunun 2-də Eçmiədzində bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilib.

“Cebheinfo.az”-ın məlumatına görə, iclasda həm Ermənistandan, həm də diaspordan olan yepiskoplar və yeparxiya rəhbərləri iştirak ediblər.

Yığıncaqda vətən qarşısında duran vəzifələr, kilsə-dövlət münasibətləri, o cümlədən cəmiyyəti narahat edən bir sıra əsas mövzuların müzakirə edildiyi bildirilir.Qeyd edilir ki, Baş nazir Nikol Paşinyanın son günlər başlatdığı biabırçı anti-kilsə kampaniyası xüsusi diqqət mərkəzində olub.

Daha doğrusu, Ali Ruhani Şurasının iclası son günlər Ermənistan hökuməti ilə Eçmiədzin kilsəsi münasaibətlərində müşahidə olunan gərginliyə və qarşılıqlı şəkildə səslənən ittihamlara həsr olunub. 

Ali Ruhani Şurası müzakirələrin yekununda Nikol Paşinyanın əleyhinə sərt bəyanat qəbul edib. “Ermənistanın Baş naziri dövlət xadimi üçün yolverilməz olan, təhqir və ittihamlarla dolu leksikondan istifadə edərək, öz şəxsiyyətini qanunlardan üstün tutaraq Erməni Apostol Müqəddəs Kilsəsinə qarşı növbəti kampaniyaya başlayıb.

Kobud və nalayiq ifadələrlə dolu, elementar ədəb qaydalarından məhrum nəşrlər fundamental insan hüquqlarını kobud şəkildə pozur, dindarların dini hisslərini təhqir edir və “psevdo” (yalançı düyün) - narahatlıq bəhanələri arxasında gizlənir. 

Kilsəyə qarşı düşmən mövqe açıq şəkildə siyasi məqsədlərlə diqtə olunur, erməni kilsəsinin nüfuzunu azaltmaq cəhdini əks etdirir, beynəlxalq ictimaiyyətin hörmətindən layiqincə yararlanan erməni kilsəsinin və onun ruhanilərinin nüfuzunu azaltmaq, kilsənin səsini susdurmaq və ictimai həyatda təsirini zəiflətmək cəhdini əks etdirir. 

Hökumət başçısının kilsəyə qarşı nifrət dolu davranışı və onun başlatdığı, milli dəyərlərə və kilsəyə qarşı yönəlmiş proseslər dağıdıcı nəticələrlə zəngindir, erməni dövlətçiliyinə, xalqımızın vətəndə və diasporda birlik və bütövlüyünə təhlükə yaradır. 

Kilsə ilə bağlı məsələlər kilsə qanunlarına və nizamnamələrinə uyğun olaraq həll edilir və dövlət və siyasi xadimlərin səlahiyyətlərinə aid deyil”, -deyə bəyanatda qeyd edilir.Göründüyü kimi, son günlər qarşılıqlı ittihamlarla davam edən Eçmiədzin Kilsəsinin Paşinyan hökuməti ilə qarşıdurması pik həddə çatıb.

Əslində, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlanan bu ixtilaf bir neçə dəfə açıq müstəviyə keçib. Bu münaqişə kilsə-hakimiyyət münasibətlərinin qarşılıqlı siyasi təsiri ilə bağlıdır.

Yəni Apostol kilsəsi Ermənistanda 10 illərlə radikal və terrorçu qrupların siyasi-ideoloji mərkəzi rolunu oynayıb. Ona görə də Ermənistanda kilsənin siyasi proseslərə təsiri güclüdür. Paşinyan isə revanşist müxalifətə dəstək verən erməni kilsəsini nəzarətə götürməklə öz hakimiyyətinə qarşı əsas təhlükə mənbələrindən birini neytrallaşdırmağa çalışır. 

2019-cu ildə Paşinyan hökumətinin II Qaregini korrupsiyada ittiham etməsi tərəflər arasında toqquşmaya səbəb oldu. Paşinyanın “inqilabçılar” adlanan tərəfdarları katalikosa hücum edib, onun avtomobilini aşırmış, özünü isə döymüşdülər. 

Növbəti narazılıq isə 2022-ci ildə baş verdi. Paşinyan Eçmiədzin kilsəsini və II Qaregini vergidən yayınmaqda ittiham etdi. Kilsə rəhbərliyinin şam və şərab sataraq gəlirlərini dövlətdən gizlətdiyini deyən Paşinyan yoxlamalara başlatdı.

II Qareginə bağlı olan bəzi iş adamları həbs edildi. 2024-cü ildə kilsə və Paşinyan arasında üçüncü siyasi qarşıdurma baş verdi. Qazax rayonunun işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyasına etiraz edən arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar təşkil etdi.

Çox keçmədən Baqratın keçirdiyi mitinqlərinin arxasında Eçmiədzin kilsəsinin sabiq prezident Robert Köçəryanla gizli ittifaqının dayandığı məlum oldu. İlk vaxtlar artan xətt üzrə gedən aksiyalar Köçəryanın adı aşkara çıxdıqdan sonra səngidi və nəticə vermədi.

Hazırda kilsə və Paşinyan arasında münaqişə növbəti mərhələyə keçib. Paşinyan erməni kilsəsinə katolikos seçkilərində dövlətin həlledici səsə malik olmasının vacibliyini bildirib. Bu, 2026-cı ildə Ermənistanda keçiriləcək parlamanet seçkiləri öncəsi hökumətin kilsəni tamamilə nəzarətə götürmək niyyətindən xəbər verir.

Çünki hazırda Ermənistanın müxalifət düşərgəsində Paşinyan hökumətinə alternativ siyasi güc mərkəzi yoxdur. Müxalifətin sıralarında siyasi pərakəndəlik müşahidə olunur. Robert Köçəryan yenidən hakimiyyət uğrunda mübarizədə iddialı görünür. 

Ancaq eks-prezident Serj Sarkisyanın ona dəstək verəcəyinə dair ehtimallar çox azdır. Köçəryan bu günlərdə Paşinyana qarşı impiçment prosedurunu həyata keçirmək üçün Vətən Partiyasının sədri Artur Vanetsyanın vahid namizd olmasını dəstəkləmədi. 

Vanetsyan isə seçkilərə təkbaşına gedəcəyini deyib. Xalq Köçəryanın yenidən hakimiyyətə qayıtmasını istəmədiyinə görə sabiq prezident kilsənin yardımına ümid bəsləyir. Bu səbəbdən, seçkilərdə kilsə öz namizədi ilə Paşinyana problem yarada bilər. 

Paşinyanın açıqlaması onun seçkilərə qədər katalikosun istefaya getməsinə nail olmaq və Eçmiədzinin kilsəsinin rəhbərliyinə öz adamını gətirmək istəyi kimi şərh oluna bilər.Lakin burada hökumətin kilsənin, kilsənin də siyasətə müdaxilə etdiyini görmək olar. 

Halbuki, Ermənistan Konstitusiyasının 17-ci maddəsinə görə, dini qurumlar dövlətdən ayrıdır. Bu baxımdan, kilsənin siyasi proseslərə müdaxiləsi yolverilməz sayılır. Eləcə də, hökumət kilsədəki seçkilərin nəticələrini müəyyən edə bilməz.

Paşinyanın bu yanaşması Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş seçki hüququnun pozulması deməkdir. Ancaq Konstitusiyanın 18-ci maddəsi Paşinyana dolayısı ilə kilsənin fəaliyyətinə nəzarət etmək imkanı yaradır. 

Həmin qaydaya görə, Ermənistan Respublikası ilə Erməni Apostol Müqəddəs Kilsəsi arasında münasibətlər qanunla tənzimlənə bilər. Bu müddəa tərəflər arasında hüquqi öhdəlikləri müəyyən etməklə yanaşı, Paşinyana kilsənin qanunu pozduğunu əsas gətirərək siyasi təzyiq  mexanizmlərini işə sala bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri