Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Paşinyan Putinin son “alət”ini də əlindən aldı: İrəvan Kreml üçün “Zəngəzur qapısı”nı tamamilə bağladı

Paşinyan Putinin son “alət”ini də əlindən aldı: İrəvan Kreml üçün “Zəngəzur qapısı”nı tamamilə bağladı

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəsmi İrəvan Zəngəzur dəhlizini Rusiyanın iştirakı olmadan açmaqla, həm Ermənistanın suverenliyini gücləndirmək, həm də Qərbə inteqrasiyanı dərinləşdirmək niyyəti güdür... İndiki proseslər eynilə davam edərsə, Zəngəzur dəhlizi yaxın gələcəkdə yalnız nəqliyyat-kommunikasiya arteriyası deyil, həm də Cənubi Qafqazda Rusiyasız yeni geopolitik düzənin əsas simvoluna da çevrilə bilər...

Cənubi Qafqazda qüvvələr balansı böyük sürətlə dəyişməyə başlayıb. Belə ki, dünya nəhənglərinin bu region uğrunda qarşıdurması artıq həlledici mərhələyə yaxınlaşır. Ona görə də, bu regionda bir necə yüz il hökm sürmüş bir dövür artıq qapanmaq üzrədir. Rusiyanın Cənubi Qafqazdakı regional hegemonluğu tədricən sona çatmağa doğru yönəlib. Ukrayna savaşında ciddi şəkildə zəifləmiş Rusiya indi bu regionda cərəyan edən geopolitik, geoiqtisadi və geostrateji proseslərə təsir göstərməkdə çətinlik çəkir. Və hətta Kremlin Cənubi Qafqazdan tamamilə kənarda qala biləcəyini sezdirən müəyyən məqamlar da indi açıq-aşkar müşahidə olunur.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşma Cənubi Qafqazın gələcək taleyində yeni mərhələnin açmış kimi görünür. Hər halda, həmin üçtərəfli anlaşma indiyə qədər Rusiyanın istinad etdiyi digər üçtərəfli anlaşmanın hüquqi qüvvədən salınmasına yol açıb. Ona görə də, bundan sonra Kremlin Cənubi Qafqazda Rusiyanın mövqelərini qorumaq üçün 10 noyabr üçtərəfli anlaşmasına istinad etməsi böyük ehtimalla mümkün olmayacaq. Və bu, o deməkdir ki, Rusiyanın Zəngəzur dəhlizi kimi geostrateji əhəmiyyət daşıyan qlobal xarakterli geoiqtisadi layihədə iştirakı böyük şübhə doğurur.  

 

Məsələ ondadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın artıq qüvvədən düşdüyünü rəsmən elan etməklə, Cənubi Qafqazdakı geosiyasi dinamikanın yeni mərhələsinə işarə etdi. Çünki bu sənəd yalnız Qarabağ müharibəsinin dayandırılması ilə bağlı olmayıb, həm də regiondakı nəqliyyat-kommunikasiya xəritəsinin əsas konturlarını müəyyənləşdirən geostrateji çərçivə idi. Erməni baş nazirin “10 noyabr üçtərəfli anlaşmasına geri dönməyə ehtiyac yoxdur. 10 noyabr üçtərəfli anlaşması 10 noyabrda qaldı” bəyanatı ilk növbədə, Zəngəzur dəhlizi və onun üzərində kimin nəzarət edəcəyi ilə bağlı məsələnin dəqiqləşdirilməsinə yönəlmiş açıq mesaj xarakteri daşıyır. Və bu, birmənalı şəkildə Ağ Evdə imzalanmış yeni sənədin özündən əvvəlkini qüvvədən salması deməkdir.

Maraqlıdır ki, 10 noyabr üçtərəfli anlaşması Rusiyanın da iştirakı ilə Azərbaycan və Ermənistan arasında müharibəni dayandırılması məqsədilə imzalanmışdı. Onun əsas bəndlərindən biri də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat-kommunikasiya əlaqəsinin qurulması ilə bağlı idi. Bu marşrutun, yəni, Zəngəzur dəhlizinin təhlükəsizliyinə isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət etməliydi. Və bununla da, Rusiya Cənubi Qafqazda həm münaqişənin idarə olunmasına, həm də regiondakı nəqliyyat-kommunikasiya arteriyalarına tam nəzarət imkanları qazanacaqdı.

Digər tərəfdən, ABŞ-da Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli sənəd imzalandıqdan sonra Kreml bu məsələdə Rusiyanın maraqlarının nəzərə alınmasının vacibliyini vurğulamışdı. Eyni zamanda, bu barədə 10 noyabr üçtərəfli anlaşmasının olduğunu və həmin sənədi imzalayan tərəflərdən heç birisinin ondan hələlik rəsmən imtina etmədiyini də xatırlatmışdı. Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatı onu göstərir ki, rəsmi İrəvan artıq bu sənədi Zəngəzur dəhlizinin açılmasında “hüquqi çərçivə” kimi tanımaq istəmir. Və bu, rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılması prosesində 10 noyabr üçtərəfli anlaşmasına istinad etmək niyyətində olmadığını göstərir.

 

Təbii ki, Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Türkiyə üçün geostrateji əhəmiyyət kəsb edir. Bu marşrut Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı, həm də Türkiyənin Orta Asiyaya çıxışında da mühüm tranzit rolunu oynayacaq. Rusiya üçün isə bu dəhliz üzərində nəzarət bütövlükdə Cənubi Qafqaz regionunda qalıcı təsir mexanizmi demək idi. Baş nazir Nikol Paşinyanın açıqlaması Kremlin bu önəmli “rıçaq”dan məhrum edilməsinə yönəlib. Və əgər, Zəngəzur dəhlizi Rusiyanın iştirakı olmadan, Ermənistan, Azərbaycan və ABŞ arasındakı razılaşma ilə açılsa, bu, Kremlin Cənubi Qafqazdakı mövqeyinin ciddi şəkildə zəifləməsi anlamı daşıyacaq.

Onu da qeyd etmək lazımdır ki, son illərdə Ermənistanın xarici siyasət kursu kəskin şəkildə dəyişib. Rəsmi İrəvan Rusiyadan uzaqıaşıb, Qərbə inteqrasiya kursu yürüdür. Paşinyan hakimiyyəti üçün əsas hədəfi Rusiyanın təsirini minimuma endirməklə yanaşı, təhlükəsizlik zəmanətlərini məhz ABŞ və Qərbdən almaqdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması da rəsmi İrəvan üçün əslində, yalnız nəqliyyat-kommunikasiya layihəsi deyil, həm də prinsipial geosiyasi seçim məsələsidir. Və rəsmi İrəvan indi bu seçimin məhz Rusiyanın əleyhinə olduğunu növbəti dəfə təsdiqləmiş oldu.

Azərbaycanın maraqlarına gəldikdəsə, rəsmi Bakı üçün əsas prioritet Naxçıvanla nəqliyyat-kommunikasiya əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasıdır. Əgər bu, Rusiya vasitəçiliyi olmadan, ABŞ-ın iştirakı və Ermənistanla birbaşa razılaşma ilə baş tutarsa, Azərbaycan üçün daha əlverişli olar. Çünki bu halda, Rusiyanın regiona əlavə təsir imkanları aradan qalxar, rəsmi Bakı isə Zəngəzur dəhlizindən həm maliyyə-iqtisadi, həm də geopolitik dividentlər əldə edər. Eyni zamanda Azərbaycan bu dəhlizi həm də Azərbaycan– Türkiyə–Avropa xəttinin gücləndirilməsi üçün mühüm platforma kimi görür. Üstəlik, bu, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda ortaq geopolitik iradəsinin təsir gücünü daha da möhkəmləndirə bilər.

 

Maraqlıdır ki, Zəngəzur dəhlizi ətrafında yaranmaqda olan situasiya Rusiyanın Cənubi Qafqazda mövqelərinin minimum həddə qədər zəiflədiyini göstərir. Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr üçtərəfli anlaşması barədə son bəyanatı Rusiya üçün ikiqat ağır zərbə sayıla bilər. Çünki Kreml Rusiya “sülhməramlılar”ının Qarabağdan çıxarılması ilə Azərbaycana qarşı hərbi-siyasi təsirini artıq itirmişdi. İndi Rusiyanın Zəngəzur dəhlizindən də kənarda qalma ehtimalı Rusiyanın Cənubi Qafqazdakı ən mühüm strateji alətindən məhrum edilmək üzrə olduğu deməkdir.

Bütün bunlar onu göstərir ki, Ukraynada “savaş bataqlığı”na düşərək, zəifləyən Rusiya Ermənistanın ABŞ və Qərbə meyillənməsi və Azərbaycan-Türkiyə tandemi qarşısında manevr imkanlarını sürətlə əldən verir. Beləliklə, Rusiya üçün Cənubi Qafqaz “strateji arxa cəbhə” statusunu tədricən itirməkdə davam edir. Və bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın “10 noyabr üçtərəfli anlaşması qüvvədən düşüb” mesajı sadəcə, siyasi-ideoloji ritorikaya bağlı manevr deyil, həm də Cənubi Qafqazın geopolitik gələcəyini təyin edən regional şərtlərin sürətlə dəyişməkdə olduğunu göstərən önəmli məqamdır.

Göründüyü kimi, erməni baş nazirin bu bəyanatı ilk növbədə, Zəngəzur dəhlizinin gələcək taleyi ilə birbaşa bağlıdır. Rəsmi İrəvan bu dəhlizi Rusiyanın iştirakı olmadan açmaqla, həm Ermənistanın suverenliyini gücləndirmək, həm də Qərbə inteqrasiyanı dərinləşdirmək niyyəti güdür. Və indiki proseslər davam edərsə, Zəngəzur dəhlizi yaxın gələcəkdə yalnız nəqliyyat-kommunikasiya arteriyası deyil, həm də Cənubi Qafqazda Rusiyasız yeni geopolitik düzənin əsas simvoluna da çevrilə bilər.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Avqust 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see737

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see539

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see421

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see261

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see201

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see187

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see158

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see148

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see145

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see143

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see133

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see131

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see128

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see128

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see127

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see127

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see125

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see124

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see122

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri