Icma.az
close
up
RU
“Paşinyan Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir”

“Paşinyan Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə sentyabrın 7-də zəng edib. Telefon danışığının sentyabrın 5-də Moskvada Trampın xüsusi nümayəndələri ilə keçirilən görüşdən, təxminən, 1 sutka sonra baş tutması, əslində, söhbətin əsas məğzinin məhz bu görüşlə birbaşa əlaqəli olduğu qənaətini yaradır. Demək ki, Putinin Trampın xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə keçirdiyi görüşdə təkcə Ukrayna müharibəsi deyil, digər maraq zonaları, o cümlədən Cənubi Qafqazla bağlı məsələ də müzakirə masasında olub və əldə edilən razılaşmaların icrasında Azərbaycan tərəfinin də üzərinə hansısa missiya düşür”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

Politoloqun sözlərinə görə, Putin-Əliyev telefon danışığından dərhal sonra Ermənistan baş naziri Paşinyanın tələm-tələsik Fransa prezidenti Makronla görüşə, daha dəqiqi, məsləhətləşməyə yollanması da məsələnin konturları barədə ilkin təsəvvür yaradır:

“Ehtimal ki, Putin ABŞ-dəki 3 noyabr seçkilərinədək “uğur hekayəsi” yazmaq istəyən Trampın elçiləriylə "hazır qovluq" olan Azərbaycan - Ermənistan münasibətləri mövzusunda konkret razılaşma əldə edib, bu razılaşma barədə prezident Əliyev də məlumatlandırılıb və Paşinyanın Rusiyaya gözlənilən səfəri zamanı qərarın nədən ibarət olacağı geniş ictimaiyyətə açıqlanacaq. Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun istər “TRİPP layihəsi”, istərsə də Konstitusiya dəyişiklikləri ilə bağlı, bir növ, Paşinyana açıq təzyiq xarakterli açıqlamaları da təsdiqləyir ki, Azərbaycan tərəfi yekun sülh sazişinin imzalanmasının ləngidilməsində əsas təqsirkar kimi məhz Ermənistanı görür. Yəni, Bayramovun bugünkü bəyanatlarının açması budur ki, ABŞ və Rusiyaya sülh sazişinin tezliklə imzalanması gərəkdirsə, Paşinyanı razı salmalıdırlar...Paşinyanın istəklərisə böyükdür: o, həm ABŞ, həm də Rusiyanın iştirakıyla imzalanacaq sülh sazişini özünün gələcək hakimiyyət zəmanətinə çevirmək, Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir! Hələlik Paşinyana bu təminat verilməsə də, ona Azərbaycanla sazişi imzalaması üçün hər cür şərait yaradılıb: onun gələcək siyasi rəqiblərinin bir hissəsi Azərbaycanda, bir hissəsi də Ermənistanda həbsxanada saxlanılırlar...Ermənistanda referendumun keçirilməsini isə indi Paşinyandan təkcə Azərbaycan yox, həm də Putin istəyir”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri