Paşinyan Rusiyadakı iclasa onlayn qatılacaq
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının bu gün Sankt-Peterburqda keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
O, sözügedən iclası çox vacib tədbir adlandırıb.
Xatırladaq ki, N.Paşinyan MDB ölkələrinin liderlərinin dekabrın 25-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak etməyib. “Sputnik Ermənistan”ın məlumatına görə, bir neçə gün əvvəl koronavirusa yoluxan Paşinyan iki gün ərzində iqamətgahında karantin şəraitində işləyib. Qeyd olunub ki, dünən onun koronavirus testi mənfi olub və o, adi iş rejiminə qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 26 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















