Paşinyan yenə qeyri adi videosu ilə gündəm oldu
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti qeyri-adi paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Paşinyan seçki kampaniyası çərçivəsində tərəfdarları ilə birlikdə avtobusla səfərə çıxarkən çəkilmiş görüntüləri paylaşıb. Videoda baş nazir əvvəlcə avtobusdakı insanları salamlayır, daha sonra isə telefonunda mahnı səsləndirir.
Bundan sonra o, ətrafındakılara jestlə işarə edir və iştirakçılar Nikol Paşinyanın tez-tez istifadə etdiyi ürək işarəsini təkrarlayırlar. Kadrlarda avtobusdakı insanların demək olar ki, hamısının əlləri ilə ürək formasında işarə göstərdiyi müşahidə olunur.
Nikol Paşinyan paylaşımına qısa mesaj da əlavə edib: "Sabahınız xeyir, gününüz uğurlu keçsin, sizi sevirik."
Qeyd edək ki, Ermənistanın baş naziri son aylarda sosial şəbəkələrdə paylaşdığı gündəlik görüntülərlə tez-tez müzakirə mövzusuna çevrilir. O, daha əvvəl avtobusda qarğıdalı və "pirojki" yeməsi ilə diqqət çəkmiş, bəzən isə mahnı fonunda romantik paylaşımlar edərək kofe içdiyi anları izləyiciləri ilə bölüşmüşdü.
Bu cür paylaşımlar Paşinyanın seçki kampaniyası çərçivəsində daha sadə və xalqa yaxın siyasətçi imici yaratmaq cəhdi kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Mart 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















