Icma.az
close
up
RU
Paşinyandan rəqiblərinə “suiqəsd” Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada

Paşinyandan rəqiblərinə “suiqəsd” Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda sabiqlərin bir-birilərini ifşası prosesi başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Qərbi Azərbaycandan qovulması ilə bağlı etirafından sonra sabiq baş nazir Aram Sarkisyan Meğri məsələsini gündəmə gətirib. Bütün bunların arxasında isə Baş nazir Nikol Paşinyanın dayandığı deyilir.

Hazırkı iqtidar öz siyasi rəqiblərini cəmiyyətin gözündən bu şəkildə salaraq onları neytrallaşdırıb, hansı addımları atmaq istəyir? Konstitusiya dəyişikliyinə, Zəngəzur dəhlizinin açılmasına, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışına razılıq verə bilər? Bu addımlar üçün ona mane olan bütün siyasi aktorları neytrallaşdırması mümkün ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, sabiq liderlərin ifşa prosesi Paşinyanın onları debata çağırması təklifindən sonra meydana çıxdı:

“Onların heç biri bu təklifə razılıq vermədi. Nikol Paşinyanı təhqir etməklə həm də bütün prosesin səbəbkarı olduğunu göstərməyə çalışdılar. Sabiq prezidentlərlə yanaşı gənc blogerlər də belə videolar yayımlamağa başladılar. Bu bir müddət davam edəcək. Sözügedən proseslər isə gərçəkliyin ortaya çıxmasına səbəb olur. Bununla da ictimai rəyin formalaşmasına çalışırlar. Qarabağın işğaldan azad edilməsini revanşist qüvvələr Nikol Paşinyanın xəyanəti ilə əlaqələndirirlər. Əsas səbəbkar kimi onun fərsizliyini, müəyyən sövdələşmə, guya xəyanətlə Qarabağı Azərbaycana təhvil verdiyini işarə edirlər”.

Natiq Miri

Politoloqun sözlərinə görə, son zamanlar Qərbi azərbaycanlıların geri qayıtması məsələsi də gündəmə gətirilib və erməni ictimai rəyinin diqqəti bu istiqamətə yönəlib:

“Bu bir tərəfdən erməni ictimai rəyində xof yaratmaqla Nikol Paşinyana qarşı nifrətin körüklənməsi, digər tərəfdən isə Baş nazirin siyasi nüfuzunu gözdən salmaq, ictimai etirazı təmin etməklə Paşinyan hakimiyyətini devirmək istəyirlər. Doğrudur, hazırda Nikol Paşinyanın nüfuzu çox da böyük deyil. 2026-cı ildə parlament seçkiləri keçirildiyi təqdirdə, Paşinyan qarşısında sabiq prezidentlərin şansı da o qədər yüksək deyil. Hətta onların nüfuzu ictimai rəydə 6-7 faizi ötmür. Ortada ciddi ictimai-siyasi mübarizə var. Hətta bunları Nikolun düşünüb ortaya atdığı bir variant kimi qiymətləndirə bilərik”.

Natiq Miri Nikol Paşinyan açıqlamalarında “real Ermənistan” anlayışı cəmiyyətdə oturuşmayana qədər sülh prosesinin təmin edilməsinin mümkün olmadığını vurğulayır:

“Sabiq prezidentlərin debata çağırılması, ifşası da buna xidmət edir. Zəngəzurla paralel Qarabağ məsələsi də gündəmə gətirilir. Xəyanətin kimə məxsus olduğunu göstərmiş oldu. Paşinyan Petrosyanın mədəni, siyasi mübarizənin tərəfdarı kimi formalaşan imicini yerlə bir etdi. Onun necə bir yırtıcı olduğunu ortaya qoydu. Bunun isə iki məqsədi var. Birincisi, Qarabağda başlayan proseslərin arxasında kimin durduğunu, ikincisi, Qərbi azərbaycanlıların Ermənistandan necə zorla qovulduğu faktını ictimai şüura yeridirlər. Bu, Nikol Paşinyana ona görə lazımdır ki, gələcəkdə Qərbi azərbaycanlılar məsələsinə yol açılsın. Bunları aşkara çıxarmaqla xalqı ayıltmağa çalışır ki, gələcəkdə onu ittiham etməsinlər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri