Icma.az
close
up
RU
Paşinyanın dəmir yolu “gediş”i

Paşinyanın dəmir yolu “gediş”i

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İrəvanın yeni taktikası, Moskvanın narahatlığı və Bakının gözləntiləri

Ermənistan Gümrü–Axurik və Yerasx (Arazdəyən) dəmir yolu sahələrinin bərpasına başlayıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hər iki istiqamətdə bərpa işləri artıq start götürüb və mərhələli şəkildə davam etdiriləcək. “Dəmir yolunun qalan hissəsi ilə bağlı işgüzar müzakirələri, o cümlədən rusiyalı tərəfdaşlarımızla davam etdirəcəyik”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, regionda yeni beynəlxalq nəqliyyat marşrutlarının formalaşdığı bir şəraitdə Ermənistan bu proseslərdən kənarda qala bilməz. Onun fikrincə, beynəlxalq yolların Ermənistanı kənarda qoyması qəbuledilməzdir və ölkə öz ərazisindəki nəqliyyat infrastrukturunu müstəqil şəkildə idarə etmək niyyətindədir. Paşinyanın bu açıqlaması regionda diqqətlə qarşılanıb.

İlk baxışda Türkiyə və Azərbaycan sərhədlərinə uzanan dəmir yolu xətlərinin bərpası sırf infrastruktur layihəsi kimi görünsə də, bu addım daha geniş geosiyasi və iqtisadi məqsədlərə xidmət edir. İrəvanın paralel olaraq Avropa İttifaqını nəqliyyat layihələrinə cəlb etməsi, Rusiyanın konsessiya əsasında idarə etdiyi dəmir yolu şəbəkəsində yenidənqurma planları və regional kommunikasiyaların açılmasını dövlət prioriteti elan etməsi İrəvanın nəqliyyat strategiyasını yeni reallıqlara uyğunlaşdırmaq cəhdini göstərir. Bu proses təkcə Ermənistanın daxili inkişaf planının tərkib hissəsi deyil, eyni zamanda, Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, Azərbaycanın regional kommunikasiya siyasəti və Türkiyə–Ermənistan münasibətlərinin perspektivi ilə sıx bağlıdır. Buna görə də söhbət yalnız dəmir yolu xətlərinin bərpasından deyil, regionun yeni geosiyasi xəritəsinin formalaşmasından gedir.

Paşinyanın sözlərinə görə, bərpa işləri Ermənistan dövlət büdcəsi hesabına aparılır. Bildirilir ki, Gümrü–Axurik xətti gələcəkdə Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası üçün əsas marşrut olacaq. Xəttin yenilənməsi yük və sərnişin daşımalarının bərpası üçün zəruri texniki infrastrukturu formalaşdıracaq.

Arazdəyən istiqaməti isə regional nəqliyyat sisteminin digər mühüm həlqəsidir. Bu xəttin strateji əhəmiyyəti onun coğrafi yerləşməsindən irəli gəlir: Arazdəyən istiqaməti Naxçıvanla və ümumilikdə Azərbaycanla mümkün dəmir yolu bağlantısının bərpası və ya yenidən qurulması baxımından əsas qapılardan biridir. Belə bir bağlantı reallaşacağı təqdirdə, Cənubi Qafqazda yükdaşımaların istiqamətləri diversifikasiya oluna, ənənəvi marşrutlara alternativ formalaşa və logistika zəncirlərində daha çevik modellər tətbiq oluna bilər.

Xüsusilə, Yerasx xəttinin funksionallığı Naxçıvanın əsas Azərbaycan ərazisi ilə əlaqələrinin gücləndirilməsi baxımından da mühüm rol oynayacaq. Bu, həm sərnişin daşımaları, həm də yük daşımaları üçün əlavə imkanlar yaradaraq regiondaxili iqtisadi inteqrasiyanı dərinləşdirəcək, tranzit potensialını artıraraq Azərbaycanı, Ermənistanı və potensial olaraq Türkiyəni birləşdirən daha geniş nəqliyyat şəbəkəsinin formalaşdıracaq. Bundan əlavə, Yerasx istiqamətinin işlək hala gəlməsi regionun beynəlxalq logistika sisteminə inteqrasiyası baxımından da əhəmiyyətlidir. Yeni marşrutlar Avropa–Asiya ticarət axınlarında alternativ dəhlizlərin yaranmasına, daşınma müddətlərinin optimallaşmasına və yükdaşıma xərclərinin azalmasına təsir göstərəcək. Bu isə Cənubi Qafqazın yalnız tranzit region kimi deyil, həm də rəqabət qabiliyyətli logistika mərkəzi kimi mövqeyini gücləndirəcək.

Bununla yanaşı, bu xəttin gələcəyi təkcə texniki və iqtisadi faktorlarla deyil, həm də siyasi razılaşmalar və regional etimad mühitinin formalaşması ilə sıx bağlıdır. Yəni Yerasx istiqamətinin real nəqliyyat funksiyasına çevrilməsi üçün tərəflər arasında infrastruktur təhlükəsizliyi, gömrük rejimi və sərhəd keçid mexanizmləri üzrə razılaşmaların əldə olunması həlledici rol oynayacaq. Buna görə də bu marşrut yalnız bir dəmir yolu layihəsi deyil, eyni zamanda, regionda əməkdaşlıq və qarşılıqlı iqtisadi asılılığın dərinləşməsi üçün potensial platforma kimi də əhəmiyyətlidir.

* * *

Ermənistan hakimiyyəti bu təşəbbüsləri “Sülh kəsişməsi” konsepsiyasının tərkib hissəsi kimi təqdim edir. Bu strategiyanın davamı kimi son aylar Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə memorandum imzalanıb. Sənədə əsasən, Avropa maliyyə institutları Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərinə uzanan nəqliyyat layihələrinə texniki və məsləhət dəstəyi göstərəcək. Bu, İrəvanın Rusiya ilə yanaşı, Qərb institutlarının da rolunu artırmaq cəhdini göstərir. Əslində, Avropa institutlarının cəlb olunması təkcə maliyyə mənbələrinin şaxələndirilməsi deyil. Bu, həm də logistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və Ermənistanın regional nəqliyyat şəbəkəsinə inteqrasiyasının gücləndirilməsi məqsədi daşıyır. Rəsmi İrəvan hesab edir ki, kommunikasiyaların açılması uzun illər davam edən nəqliyyat təcridini aradan qaldıracaq. Bu taktika Ermənistanın xarici siyasətindəki balans xəttinin infrastruktur sahəsinə də yansıdığını göstərir. Bir tərəfdən dəmir yolu şəbəkəsi Rusiyanın konsessiya idarəçiliyində qalır, digər tərəfdən isə Avropa institutları ilə əməkdaşlıq genişlənir.

Amma bu strategiyanın reallaşması təkcə Ermənistanın siyasi iradəsindən deyil, həm də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından və regional razılaşmalardan asılıdır. Buna görə də bu layihələr artıq sırf iqtisadi deyil, geosiyasi əhəmiyyət daşıyan siyasi proseslər kimi qiymətləndirilir.

Bununla belə, Ermənistanın manevr imkanlarını məhdudlaşdıran ciddi institusional amillər də mövcuddur. Əsas məhdudiyyət dəmir yolu infrastrukturunun idarəetmə modelidir. 2008-ci il müqaviləsinə əsasən, Ermənistan dəmir yolu şəbəkəsi 2045-ci ilədək Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin konsessiya idarəçiliyində qalır. Moskva üçün məsələ təkcə iqtisadi deyil, həm də stratejidir. Kreml Ermənistanın dəmir yolu infrastrukturunu Cənubi Qafqazda əsas təsir vasitələrindən biri kimi görür və bu rıçağı qorumağa çalışır. Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsindən uzaqlaşması yükdaşımaların azalmasına səbəb ola bilər. Bu səbəbdən 2045-ci ilədək qüvvədə olan konsessiya müqaviləsinin dəyişdirilməsi daha çox siyasi xarakter daşıyır. Ermənistan müəyyən hüquqi arqumentlər irəli sürsə də, Rusiyanın razılığı olmadan əsaslı dəyişikliklər real görünmür. Ona görə də regionda yeni dəmir yolu marşrutlarının gələcəyi yalnız iqtisadi hesablamalardan deyil, Bakı, İrəvan, Moskva və digər aktorlar arasında formalaşacaq siyasi razılaşmalardan asılıdır. Yəni indiki şəraitdə Ermənistanın “öz ərazisindəki nəqliyyat infrastrukturunu müstəqil şəkildə idarə etmək hüququ”, “unutmaq lazım deyil ki, dəmir yolu bizim mülkiyyətimizdir və o, bizim maraqlarımıza xidmət etməlidir” sözləri yaxın perspektivdə real görünmür.

Beləliklə, Cənubi Qafqazda kommunikasiyaların açılması artıq ikitərəfli məsələ deyil. Bu proses Rusiya, Avropa İttifaqı, Azərbaycan və Türkiyənin maraqlarının kəsişdiyi geniş geosiyasi platformaya çevrilib. Ermənistan yeni nəqliyyat xəritəsində mövqeyini gücləndirməyə çalışır, Rusiya təsir imkanlarını qorumağa, Azərbaycan isə regional inteqrasiyanı prioritet kimi saxlayır. Nəticədə, bölgənin gələcək siyasi və iqtisadi gündəliyi bu balansın necə formalaşacağından asılı olacaq.

Pünhan ƏFƏNDİYEV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see465

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see432

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see389

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see315

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see253

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see229

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see208

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see190

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see186

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see174

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see171

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see170

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see170

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see166

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see164

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see162

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see156

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see154

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see153

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri