Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu fikri məşhur qastroenteroloq Yevgeni Belousov bildirib. O qeyd edib ki, yuxunu yaxşılaşdırmaq üçün istifadə olunan ən təsirli vasitələr valerian, melissa və lavandadir.
"Müəyyən növ çaylar və bitki mənşəli dəmləmələr var ki, onlar insanın rahatlanmasına və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilir. Bu bitkilər sinir sistemini rahatlatmaqla yanaşı, həyəcanı azaldır və narahatlıq hissi keçirən adama müsbət təsir edir. Otlar əslində dərhal sakitləşdirici təsir göstərmirlər. Onların əsas məqsədi sinir sistemini sakitləşdirmək, onu xarici stimullara daha az həssas etmək və rahatlıq hissini bərpa etməkdir. Onların yumşaq şəkildə təsir edir və tədricən öz effektini göstərirlər. Yuxu gətirən ən təsirli vasitələr isə valerian, melissa və lavandadır", - mütəxəssis deyib.
Həkimin sözlərinə görə, valerian yuxusuzluqla mübarizədə ən məşhur otlardan biri sayılır. O, yuxuya getmək üçün lazım olan vaxtı azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Bu bitki həmçinin sinirlənən insanları sakitləşdirir, depressiyanı aradan qaldırır, narahatlıq hissini azaldır, baş ağrılarına kömək edir və ümumilikdə orqanizmin sinir sistemini normallaşdırır.
"Melissa da özündə stressi azaltmağa kömək edən antioksidantlar ehtiva edir. Bu bitkidən çay hazırlanan zaman stəkana 3-4 yarpaq qoyulur və o qaynar olmayan suda 15 dəqiqə dəmlənir. Sonra yatmazdan 1 saat əvvəl bu çayı qurtumla içmək lazımdır. Lavanda isə güclü sakitləşdirici təsirə malikdir. O, çiçəklərindəki efir yağı sayəsində yuxunu yaxşılaşdırır və emosional stressi aradan qaldırır. Bundan başqa, lavanda qan təzyiqini normallaşdırır və yuxunu bir növ təşviq edir. Həmçinin bu çay ümumi rahatlatıcı təsirə malikdir. Çobanyastığı, nanə, ehtiras çiçəyi, passiflora, kəklikotu, qoza, dazıotu da daha tez yuxuya getməyə kömək edə bilər",- həkim deyib.
Baxış sayı:195
Bu xəbər 31 Avqust 2026 04:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















