Icma.az
close
up
RU
Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur

Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya işgüzar səfərə gedəcək.

Səfərlə bağlı Redaktor.az-a danışan politoloq Yusif Bağırzadə bildirdi ki, Paşinyanın Rusiyaya səfəri hər nə qədər ekoloji sammitdə iştirakla bağlı olsa da, səfər çərçivəsində Rusiya-Ermənistan münasibətlərinin müzakirə olunacağına da şübhə yoxdur:

"Rusiya baş naziri ilə görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, Ermənistanın Aİ üzvlüyü ilə əlaqədar məsələlərin münasibətlərə təsirləri və o cümlədən, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının vəziyyəti və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə oluna bilər. Paşinyan üçün indiki mərhələdə Rusiyaya səfər, qarşıda gələn seçkilərdə Rusiyadan gözlənilən təzyiqləri və eləcə də, müdaxiləni minimallaşdırmaq baxımından əhəmiyyətli olsa da, Rusiya tərəfinin Paşinyan hakimiyyətinə münasibətində hər hansı dəyişikliyə səbəb olmayacaq. Ümumiyyətlə isə müşahidələr göstərir ki, Paşinyanın Rusiyaya səfərləri ancaq Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginlik olduğu vaxt baş tutur. Biz bunu 9 May paradında iştirakda da görmüşük".

Siyasətçi səfərin Azərbaycana təsirindən də bəhs etdi.

"Bu səfərin Azərbaycana təsirlərinə gəldikdə isə, düşünmürəm ki, hər hansı birbaşa təsiri olsun. Bizim hər iki ölkə ilə bağlı gündəliyimiz bəllidir. Ermənistanla Zəngəzur dəhlizi, sülh sazişi, delimitasiya prosesi ilə bağlı gündəliyimizin olduğu kimi, Rusiya ilə də AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti qəbul etmək, ölkəmizə qarşı aparılan kampaniyaya son qoyulması və Rusiya ərazisində azərbaycanlılara qarşı hücumların dayandırılması gündəmdədir. Ermənistanla olan gündəlikdəki məsələlərə dair Rusiya tərəfindən Paşinyana hər hansı təzyiqlərin olma ehtimalı təbii ki, var. Amma Ermənistanın sülh sazişinə olan ehtiyacı, eləcə də tranzit ölkəyə çevrilmə istəyini nəzərə alsaq, düşünmürəm ki, bu səfər özündə bizim maraqlarımızın əleyhinə hansısa razılaşmaları ehtiva etmiş olsun", - deyə Yusif Bağırzadə əlavə etdi.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri