Icma.az
close
up
RU
Paşinyanın sərt mövqeyinin arxasında iki əsas məqsəd durur Mehriban Vəliyeva

Paşinyanın sərt mövqeyinin arxasında iki əsas məqsəd durur Mehriban Vəliyeva

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanın baş naziri Nikol Paşinyan yaxşı başa düşür ki, Qarabağdan gedən erməni separatçılar indi də İrəvan üçün başağrısına çevrilib. Qarabağ klanının Ermənistana vurduğu ziyanı, yaratdığı təhlükəni erməni siyasətçilər yaxşı dərk edirlər. Ona görə də, Nikol Paşinyanın Ermənistan parlamentində “Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olur” deməsi təəccüblü deyil. Onun “Qarabağ hərəkatı davam etməməlidir” fikri də başadüşüləndir. Bu hərəkat təkcə Azərbaycanla sülh prosesinə əngəl olmur, həm də Paşinyan iqtidarına da ciddi maneədir. Hər dəfə “sən Qarabağ erməniləri üçün nə etmisən” kimi iradlar Paşinyanı artıq bezdirib. Düçünürəm ki, erməni baş nazir parlamentdəki son çıxışında təkcə Azərbaycanla sülh prosesi ətrafındakı ovqatı qoruyub-saxlamaq üçün deyil, həm də Erəmistanda siyasi sabitliyi saxlamaq üçün Qarabağ klanı haqqında sərt danışıb”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Ermənistan həm bir xalq, həm də dövlət olaraq yarandığı gündən fəaliyyətini reallıqlar üzərində deyil, xəyallar, xəstə ideologiya müstəvisində qurub: “Müəyyən müddət, yaranmış xaos, bolşuq dönəmində, bu ideologiya onlara müəyyən üstünlüklər gətirdi. Ermənistanda, Qarabağda yaşayan azərbaycanlıları yur-yuvalarından didərgin saldılar, 17 min kvadrat kilometrə yaxın ərazimisi işğal etdilər, yerli əhalinin bütün mal-mülklərini ələ keçirib talayıb-satdılar. 30 ilə yaxın xəyallarında qurduqları Ermənistanda yaşadılar. Əslində uydurduqları “artsax” da elə “böyük Ermənistan” ideyasının bir hissəsi idi. Qarabağ erməniləri separatizm hərəkatının nəticələrini uzun illər ayaqda saxlaya biləcəklərinə inanırdılar, amma Azərbaycanın uzaqgörən siyasi lideri, güclü Ordusu onların xəyallarını puç etdi. Onlara elə bir zərbə vurduq ki, başlarına dəyən Dəmir yumruğun ağrısı uzun müddət canlarından çıxa bilməyəcək. Təbii ki, Nikol Paşinyan süddən çıxmış ağ qaşıq deyil. Biz o zaman onu “demokrat baş nazir” adlandırardıq ki, Şuşada yallı getmək, Cəbrayıla yol çəkmək, “Qarabağ Ermənistandır nöqtə” demək əvəzinə BMT-nin 4 qətnaməsinin icrasına “hə” deyərdi. Qansız-qadasız torpaqlarımızı özümüzə qaytarardı. 2020-ci ilin sentyabrında müharibə başlayanda Paşinyan məğlubiyyət, sülh təklifləri barədə ümumiyyətlə düşünmürdü. Yalnız Şuşa alınandan sonra kapitulyasiya aktını imzalamağa məcbur oldu. Belə bir qeyri-ardıcıl siyasətçidən “demokrat” obrazının yaradılmasını doğru hesab etmirəm. O, indi də çıxışlarını şəraitə, edilən təzyiqlərə, gözlənilən təhlükələrə uyğun qurub danışır. Yəni özünü tipik erməni siyasətçisi kimi aparır. Üstəlik, Paşinyan böyük siyasətdə piyadadır. Müharibədən xeyli sonra açıqlama vermişdi ki, o, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mahiyyətini düz başa düşməyib, səhvə yol verib və s. İndi Paşinyan düşdüyü vəziyyətə görə Qarabağ ermənilərinə qarşı çox aqressivdir. Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı Ermənistanın dövlətçiliyinə zərbə vurmuş “siyasi meyitlər” adlandırır.  Hər üç keçmiş prezident İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə baş naziri ittiham edirlər. Paşinyan da bildirir ki, siz Azərbaycan torpaqlarını işğal etməsəydiniz, düşmənçilik toxumu səpməsəydiniz bütün bunlar baş verməzdi. Təbii ki, Azərbaycan Qarabağı azad etməsəydi, Paşinyan heç vaxt keçmiş üç prezidenti işğalçılıqda ittiham etməyəcəkdi. Paşinyan onu da yaxşı başa düşür ki, Ermənistandakı Qarabağ klanı siyasi güc kimi xarici qüvvələrin təsiri altındadır və sifarişlə istənilən təxribata əl atmağa hazırdırlar. 27 oktyabr 1999-cu ildə İrəvanda Ermənistan Milli Məclisində 8 nəfərin qətlə yetirilməsi və bundan sonra Qarabağ klanının ölkədə tam söz sahibi olması deyilənlərə bariz nümunədir. Eyni təhlükənin yenidən təkrarlanma təhlükəsi olduğu üçün Paşinyan komandası Qarabağ ermənilərini siyasi proseslərdən təcrid etmək üçün səylərini gücləndirir”.

M.Vəliyeva qeyd etdi ki, hazırda Azərbaycanla sülh müqaviləsi bağlamaq Ermənistana hava-su kimi lazımdır: “Paşinyan hakimiyyətə gələndən sonra ölkədə iqtisadi inkişaf baş verməyib. Ermənistan yenə də böyük layihələrdən təcrid olunub. Azərbaycan isə əksinə yeni iqtisadi layihələr həyata keçirir, bütün dövlətlərlə əlaqələrini gücləndirir. İrəvanda iki ölkə arasındakı iqtisadi inkişaf tempi arasında fərqin getdikcə böydüyünü görürlər. Ona görə də sülh müqaviləsini bağlamağa tələsirlər. O da aydındır ki, sülh müqaviləsi bağlamaq istəyən dövlətin daxilində Azərbaycana qarşı hansısa hərəkatın mövcudluğu, konstitusiyasında hansısa maddələrin olması yolverilməzdir və sülh prosesinin fəlsəfəsinə ziddir. Odur ki, Ermənistan rəhbərliyi bu kimi problemləri həll etməlidir ”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Mart 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri