Patrik Andrade: Komanda olaraq həmin oyuna fokuslanmışıq
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Çətin oyun oldu. İlk hissədə rəqib yaxşı mübarizə apardı. Ümumiyyətlə, "Səbail" çox yaxşı komandadır. Lakin ikinci yarıda gedişatı dəyişə bildik və 3 qol vuraraq qələbə qazandıq".
Bu sözləri Sport24.az-a açıqlamasında Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Səbail"ə 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra "Qarabağ"ın mərkəz yarımmüdafiəçisi Patrik Andrade deyib.
31 yaşlı kabo-verdeli bir neçə gün sonra Avropa Liqasında "Lion"la keçiriləcək oyun haqda da fikirlərini bölüşüb:
"Lion"la matçadək 5 gün vaxtımız var. Ciddi hazırlaşacağıq. Baş məşqçi, futbolçular - bir sözlə, komanda olaraq bu oyuna fokuslanmışıq. Ümid edirik ki, yaxşı nəticə əldə edəcəyik".
Qeyd edək ki, noyabrın 28-də baş tutacaq "Qarabağ" – "Lion" matçı saat 21:45-də start götürəcək.
Baxış sayı:81
Bu xəbər 24 Noyabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















