Icma.az
close
up
RU
Pavel Klaçkov: Ermənistan Titanikə aldığı biletini rəsmiləşdirir

Pavel Klaçkov: Ermənistan Titanikə aldığı biletini rəsmiləşdirir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya və Trampın komandası dünyanı daha sakit və təhlükəsiz etmək üçün danışıqlara hazırlaşarkən, Yerevan və Baydenin komandası Cənubi Qafqazı silkələyir”

Politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin filial direktoru Pavel Klaçkov “Moskva-Baku” portalına müsahibəsində ABŞ-da hakimiyyət dəyişikliyindən azacıq əvvəl Ermənistan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yaxınlaşmasını şərh edib.

-Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda strateji tərəfdaşlığa dair sənəd imzalayadı. Əvvəllər ikitərəfli münasibətlər strateji dialoq kimi səciyyələndirilirdi. Bu, Ermənistan hökumətinin bu yaxınlarda ölkənin Aİ-yə qəbulu prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləməsi ilə birlikdə nə deməkdir?

- Mən bunu milli maraqlara xəyanət adlandırardım ki, çünki milli maraqlar Ermənistanın qonşuları ilə konstruktiv, müsbət münasibətlər qurmasından və bütün problemli məsələləri hamı tərəfindən həllindən ibarət olmalıdır. İrəvanın ABŞ və Aİ ilə fəal yaxınlaşmasını bir dövlət kimi Ermənistan Respublikası üçün müsbət nəticə baxımından adekvat addım adlandırmaq olmaz. Və Ermənistan, ABŞ və Avropa İttifaqının Avrasiya təhlükəsizliyini pozmaq cəhdinin elementinə çevrilir. Axı Ermənistanla ABŞ arasında əməkdaşlıq hərbi komponenti də nəzərdə tutur. Və ikitərəfli münasibətlərin statusunun yüksəldilməsi həm də Amerika Birləşmiş Ştatlarının Ermənistan Respublikasına dəstəyinin artırılması deməkdir.

İrəvanın taktikası elədir ki, çox güman ki, Tramp özü Ermənistanı dəstəkləməyə heç bir önəm verməsə belə, yenə də sənədlər imzalanıb və yeni ABŞ hakimiyyəti, necə deyərlər, avtomatik olaraq Ermənistan hakimiyyəti ilə layihələri dəstəkləmək üçün maliyyə ayırmağa məcbur olacaq. Bu gün dünya Avrasiya təhlükəsizliyinin yeni sisteminin formalaşması astanasındadır. Bu və ya digər dərəcədə buna Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi də təsir edə bilər. Təbii ki, Tramp qlobal proseslərə, dünyadakı vəziyyətə Amerika təsirindən əl çəkməyəcək. Amma bu, şübhəsiz ki, Amerikanın xarici siyasət maraqlarını və taktikasını dəyişəcək. Onun gəlişi ilə Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı razılığa gələ bilmə şansı var. Bu isə Avrasiyada gərginliyin səviyyəsini xeyli azaldacaq. Avrasiya təhlükəsizliyi ilə bağlı da eyni razılaşmalar əldə edilməlidir.

Rusiya və Trampın komandası artıq belə danışıqlara hazırlaşır. Və elə bu məqamda, biz dünyada vəziyyəti düzəltməyə çalışdığımız bir vaxtda Ermənistan rəsmiləri artıq aylardır ki, “solmaqda olan çiçək” adlanan şeydən bir parça qoparmaq üçün ABŞ-a səfər edirlər. Dekabrın əvvəlində Ermənistanın müdafiə naziri Pentaqona səfər edib. İndi Ermənistan XİN rəhbəri ABŞ dövlət katibi ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayır. Və bu, Donald Trampın andiçmə mərasiminə bir neçə gün qalmışdır. Bu göstəricidir. İrəvan ABŞ-da yeni hökumətin gəlişinə qədər təhlükəsiz oynayır. Axı Tramp, çox güman ki, Ermənistanı o qədər “təəssüratlandırmayacaq”, daha doğrusu, Bayden administrasiyasının can atdığı kimi ondan Rusiyaya qarşı istifadə etməyəcək.

Ermənistan hara, ABŞ, Aİ hara, soruşmaq istəyirəm?! İrəvan coğrafi və tarixi məntiqə tamamilə məhəl qoymur. Bu cür ittifaqlar effektiv ola bilməz. Uğursuzluğa məhkum olan bir şeyi niyə etmək lazımdır? Ermənistan xalqına Qərblə yaxınlaşmaqdan heç bir fayda olmayacaq. Ermənistan hakimiyyəti dövləti sözün əsl mənasında qurban verir, onu qurban verilə biləcək bir şey statusuna qoyur.

- Son günlər Rusiya siyasətçiləri Ermənistanın Aİ ilə yaxınlaşma istiqamətində atdığı addımları Ukrayna ssenarisi ilə, eləcə də Titanikə bilet almaqla müqayisə edirlər...

-Ermənistanın Aİ-də heç bir perspektivi yoxdur. Heç kim Ermənistanı Aİ-yə qəbul etməyəcək. Orada heç kimə lazım deyil. Avropa İttifaqının özü də müxtəlif növ ciddi problemlər yaşayır. Avropa İttifaqından uzaq olan Ermənistan ona qoşulmaq istədiyini hər yerdə təntənəli şəkildə bəyan edir. Bu, şübhəsiz ki, Ermənistanda Qərbin maliyyəsi ilə oturan qüvvələrin oyunudur. Yaxşı, şüurlu siyasətçilər belə şeylər edə bilməzlər.

Ermənistan üçün Qərblə yaxınlaşma vəziyyəti çox güman ki, elə inkişaf edəcək ki, Aİİ, MDB məkanında iqtisadi imkanlarını itirəcək və ölkənin Aİ-də inkişafı üçün həqiqətən əhəmiyyətli heç nə əldə etməyəcək. Heç kim sadəcə nəsə təklif etməyəcək. Belə olan halda Ermənistanı bütün cəbhələrdə məğlubiyyət və dövlətçiliyinin süqutu gözləyir. Bu gün Sergey Lavrov sadəcə olaraq bəyan etdi ki, Ermənistan qonşuları ilə münasibətləri inkişaf etdirsə, daha yaxşı olardı.

Tərcümə - Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri