Paxlalıların qurdlamasını evdəki tək məhsulla önləyin
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Mətbəx şkaflarında saxladığımız un, düyü, mərci və lobya kimi quru qidaların bir müddət sonra bitlənməsi həm israfa yol açır, həm də cansıkıcı bir vəziyyət yaradır.
Milli.Az xəbər verir ki, bu problemi kimyəvi maddələrdən istifadə etmədən, sadəcə bir məhsulla həll etmək mümkündür.
Paxlalıların güvələnməsinin qarşısını almaq üçün ən effektiv təbii vasitə dəfnə yarpağıdır.
Üsul olduqca sadədir:
Paxlalıları saxladığınız şüşə bankanın və ya torbanın içərisinə 1-2 ədəd quru dəfnə yarpağı atın.
Qabın ağzını möhkəm bağlayın.
Dəfnə yarpağının özünəməxsus kəskin qoxusu güvə və digər həşəratları həmin bölgədən uzaq tutacaq.
Dəfnə yarpağının tərkibindəki efir yağları təbii bir "repellent" (uzaqlaşdırıcı) funksiyasını yerinə yetirir. Ən böyük üstünlüyü isə odur ki, dəfnə yarpağı paxlalıların dadını və ya qoxusunu dəyişdirmir, sadəcə onları qoruyur.
Paxlalıların içərisinə bir az qaya duzu əlavə etmək də rütubəti çəkdiyi üçün güvələnmənin qarşısını alır.
Plastik qablar və ya torbalar əvəzinə həmişə şüşə bankalara üstünlük verin.
Soyuq mühit: Əgər yeriniz varsa, un və mərcini soyuducuda saxlamaq güvələnmə riskini tamamilə sıfıra endirir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:269
Bu xəbər 19 Fevral 2026 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















