“Payde”nin baş məşqçisi: “Sabahkı oyunda müdafiəyə qapanmayacağıq”
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Estoniyanın “Payde” klubunun baş məşqçisi Tarmo Kink cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, estoniyalı mütəxəssis matça tam hazır olduqlarını bildirib:
“Çətin oyun olacaq. Artıq nə etmək lazım olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. İlk oyunda ‘Zirə’nin üstün olması fikri ilə razı deyiləm. Biz rəqibi daha çox sıxışdırmışdıq. Bəli, ilk hissədə ‘Zirə’nin müəyyən dominantlığı var idi, amma bu o demək deyil ki, sabahkı oyunda müdafiəyə qapanacağıq. Tam olaraq yaxşı formadayıq və matça hazırıq”.
Kink “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov haqqında da danışıb:
“Rəşad Sadıqovun hansı dövrdə oynadığını xatırlamıram. Azərbaycan millisinə qarşı futbolçu kimi cəmi iki oyunum olub. Həmin vaxt Rəşad Sadıqovla qarşılaşıb-qarşılaşmadığımı dəqiq xatırlamıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 İyul 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















