Icma.az
close
up
RU
Pensiya kapitalını toplamaq üçün neçə il işləmək lazımdır?

Pensiya kapitalını toplamaq üçün neçə il işləmək lazımdır?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar ölkədə davamlı müzakirə olunan mövzulardan biri də pensiya ilə bağlıdır.

Pensiya yaşı, pensiya kapitalı, pensiyanın varislərə ötürülməsi, sosial müavinət  kimi məsələlər daha da aktuallaşıb.

Qeyd edək ki, bu sahənin geniş müzakirə səbəblərindən biri məhz mövcud problemlərdir. Mütəxəssislər də bu istiqamətdə bir həlli vacib məsələlərin olduğunu bildirirlər.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Azərbaycanda 65 yaşüstü insanların təxminən 18 %-i pensiya hüququ qazana bilmədiyi üçün ahıllıq müavinəti, yəni ayda 220 manat alır:

“Bu məbləğ qüvvədə olan minimum pensiyadan 100 manat və ya 32 %, orta pensiyadan 2 dəfə azdır. Bölgələr üzrə pensiya hüququ olanların yaşlı əhaliyə nisbəti xeyli fərqlidir.

Məsələn, Qubada 65+ yaşda əhalinin 33 %-i, Qəbələdə 28 %-i, Hacıqabul və Şəmkirdə 27 %-i, Yevlax və Cəlilabadda 26 %-i, Ağdaşda 25 %-i ahıllıq müavinəti alır.

Ən yaxşı vəziyyət Bakının rayonlarındadır. Məsələn, Səbaildə 65+ əhalinin cəmi 9 %-i ahıllıq müavinəti alır.

Bu nisbətin pensiya hüququ olanların xeyrinə yüksək olması nisbətən yaşlı, hətta Sovet dövründə iş stajı qazanmış nəslin hesabınadır. Əgər hazırkı pensiya şərtləri və əmək bazarında qeyri-formal məşğulluğun hazırkı miqyası qalmaqda davam eləsə, yaxın 10 ildə ahıllıq müavinəti alanların payı daha sürətlə artacaq”.

Qeyd edək ki, bu gün əhalinin bir çoxu mövcud pensiya kapitalını toplaya bilmir. Ahıllıq müavinəti və minimum pensiyanın məbləğinin isə vətəndaşın dolanışığında rolu çox azdır. Bu sahədə mövcud problemi necə aradan qaldırmaq olar?      

Məsələ ilə bağlı iqtisadçı-eskpert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, burada ilk növbədə iş yerləri ilə bağlı məsələ gündəmə gətirilməlidir:

“Yeni iş yerlərinin yaradılması və insanların yüksək maaş ala biləcək işlə təminatı artmalıdır. Bunun üçün isə dövlətin görə biləcəyi ən yaxşı iş, kiçik və orta sahibkarlığın inkişafıdır. Çünki iş yeri yarada biləcək potensial ordadır.

Yəni böyük müəssisələrdə, şirkətlərdə kadr potensialı  varsa, yeni iş yerlərinin yaradılması daha çox kiçik və orta sahibkarlığın payına düşür. Bizdə də əsas problem budur. 

Bu sahədə maneələr aradan qalxmalıdır ki, insanlar orada iş tapa bilsinlər. Təqaüd məsələsinə gəldikdə, təqaüdlə bağlı qanunvericilik dəfələrlə dəyişdirilib. 2006-cı ildən bəri hətta forma, məzmun olaraq bir neçə dəfə dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərdən sonra qeyri-müəyyənliklər də formalaşıb. Haqları pozulan insanlar da var. 

Məsələn, əvvəllər pensiya staja görə hesablanırdı, indi staja görə hesablanmır. Yığım kapitalına görə hesablandığına görə, vətəndaşlar başqa cür problem yaşayırlar. İş yeri olmayan insanlar var ki, onlar sosial müavinət almağa məcbur qalıblar. Yaxud da kapitala çıxış imkanları yoxdur.

Bu yaxınlarda nazir də insanların gözləntilərinə cavab verməyən bir açıqlama verdi ki, “Belə bir imkanın yaradılması nəzərdə tutulmur”. Yəni təqaüdlə bağlı bir çox məsələlər ardıcıllıqla həll olunmalıdır. Qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılmasından başlamış şəxsi kapitala çıxış imkanlarının yaradılmasına qədər məsələlər var. 

Kiçik və orta sahibkarlığın inkişafı olmasa, iş yerləri ilə bağlı problem necə varsa, sabah da təəssüf ki, davam edəcək. Dünya ölkələrinin praktikasına baxanda görürük ki, məsələn, Avropa ölkələrində iş yerlərinin təqribən yarısı kiçik və orta sahibkarlığın payına düşür. Bizdə isə bu, heç 10 faizə çatmır. 

Hökumət də düşünməlidir, proqramlar qəbul olunmalıdır ki, kiçik və orta sahibkarlıq necə inkişaf edə bilər. Pensiya kapitalını toplamaq da problemdir. Hazırda pensiya kapitalı  təxminən 46 min 600 manatdır. 

Çox yüksək maaş almalısan ki, onu toplayasan. Əgər 500-600 manata 30 il də işləsən, o pensiya kapitalını toplamaq mümkünsüzdür”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Pensiya işləmək Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri