Pentaqon rəhbərinin müşaviri məlumat sızması ilə bağlı araşdırma səbəbindən məzuniyyətə göndərilib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pentaqon rəhbərinin müşaviri Den Kolduell məlumat sızıntısı ilə bağlı araşdırma fonunda inzibati məzuniyyətə göndərilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Associated Press" (AP) agentliyi hərbi idarənin iki məmuruna istinadən xəbər verir.
Nəşrə görə, inzibati məzuniyyətə göndərilən Kolduell çərşənbə axşamı mühafizə əməkdaşları tərəfindən Pentaqon binasından "çıxarılıb".
Mənbələrin sözlərinə görə, bu, nazirliyin icazəsiz məlumat açıqlaması ilə bağlı araşdırma ilə əlaqədardır, lakin onlar hansı araşdırmadan söhbət getdiyini dəqiqləşdirməyiblər.
Agentlik qeyd edir ki, Kolduell müdafiə naziri Pit Heqset tərəfindən "Signal" mesencerindəki söhbətdə koordinator kimi göstərilib. Bu söhbətdə Heqsetin özü də daxil olmaqla yüksəkrütbəli amerikalı məmurlar Yəmənin husi qruplaşmasına qarşı zərbə planlarını müzakirə ediblər ki, bu da qalmaqala səbəb olub.
Mart ayının sonunda "The Atlantic" nəşrinin baş redaktoru Ceffri Qoldberq təsadüfən mesencerdəki qapalı söhbətdə olduğunu və orada Heqsetin ölkənin vitse-prezidenti C.D.Vens, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və dövlət katibi Marko Rubio ilə Yəməndəki husi obyektlərinə zərbə endirmək planlarını müzakirə etdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Aprel 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















