Icma.az
close
up
RU
Pərvanə Vəliyeva: Bu günə qədər ölkəmizin vərəmlə mübarizə təcrübəsini 23 ölkədən 200 dən çox mütəxəssis öyrənib

Pərvanə Vəliyeva: Bu günə qədər ölkəmizin vərəmlə mübarizə təcrübəsini 23 ölkədən 200 dən çox mütəxəssis öyrənib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 oktyabr, AZƏRTAC

Ölkəmizdə vərəmlə mübarizədə xeyli işlər görülüb. Ən vacibi odur ki, vərəm xidmətləri icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilib ki, bu da bəzi ölkələrdə hələ təkamül mərhələsindədir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Azərbaycanda ağciyər xəstəlikləri ilə mübarizə sahəsində inkişaf olduğunu deyən P.Vəliyeva bildirib: "Vərəmlə mübarizədə görüləcək işlərin yüksək səviyyəyə çatdırılması, xidmətin təkmilləşdirilməsi üçün layihələr həyata keçirilir. 32 kənd həkim məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Vərəmlə mübarizə tədbirlərinə innovasiyalar və yeniliklər daxil edilib. Burada gizli aşkarlanma, erkən diaqnostika, güclü qanunvericilik, dayanıqlı idarəetmə və multisektoral yanaşma olmalıdır. Vərəmlə mübarizə aparmaq üçün normativ hüquqi aktlar güclü olmalı, qanunvericilik günün tələblərinə cavab verməlidir. Sosial xidmətlər vərəm xəstələri üçün əlçatan olmalı, tibb işçilərinin sosial təminatı gücləndirilməlidir. Sevindiricidir ki, vərəmlə mübarizədə nailiyyətlər əldə olunub. Ölkəmizdə MDB məkanında ilk və tək beynəlxalq statuslu Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq mərkəzi açılıb. Bu günə qədər ölkəmizin vərəmlə mübarizə təcrübəsini 23 ölkədən 200-dən çox mütəxəssis öyrənib. Milli Məclisdə payız sessiyasında vərəmlə mübarizə üzrə dinləmənin keçirilməsini nəzərdə tuturuq. Bu, bütün maraqlı tərəflərin, töhfəsi olan dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının bir masa arxasında ölkəmizdə vərəmlə mübarizə tədbirlərinin gələcək perspektivlərini müzakirə etməsi baxımından çox yaxşı platforma olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri