Icma.az
close
up
RU
Petrosyanın naftalin qoxan fikirləri BELƏ İFŞA EDİLDİ: “Paşinyan məsuliyyəti özündən uzaqlaşdırır” Yeni Çağ Media

Petrosyanın naftalin qoxan fikirləri BELƏ İFŞA EDİLDİ: “Paşinyan məsuliyyəti özündən uzaqlaşdırır” Yeni Çağ Media

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistanın separatçı və işğalçılıq meylləri, xəstə təfəkkürü və cəmiyyətinin yaramaz ideyaları uzun illər əvvələ dayanır. Bu, xüsusilə Levon Ter-Petrosyanın 90-cı illərin əvvəllərində etdiyi çıxışlarda açıq şəkildə öz əksini tapır. Bu çıxışların yenidən gündəmə gətirilməsi və yayılması hazırkı Ermənistan hakimiyyəti üçün əlverişli siyasi alətə çevrilib”.

Bu sözləri Yenicag.az-la söhbətində siyasi şərhçi Sahil Kərimli deyib.

Politoloq Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, tanınmış videobloqer Albert İsakov özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ter-Petrosyan çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb və bildirib ki, onların dədə-baba yurdlarından zorla qovulması Qarabağın işğalı üçün İrəvana göydəndüşmə “hədiyyə” olmuşdu.

S. Kərimlinin fikrincə isə Ermənistan Baş naziri Nikol Paşinyan hazırda erməni cəmiyyətində Qarabağı təhvil verməkdə və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməkdə ittiham olunur:

“Bu ittihamlar müqavilə prosesində ciddi maneələr yaradır. Paşinyan hakimiyyəti isə məsuliyyəti özündən uzaqlaşdırmaq üçün müxtəlif manipulyasiyalar həyata keçirir. O, həm də beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, Ermənistanın uzun illər işğalçılıq siyasəti onun deyil, əvvəlki rəhbərlərin, xüsusilə Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan dövrlərində həyata keçirilib”.

Analitik əlavə edib ki, Ermənistan rəhbərləri SSRİ dövründən başlayaraq, Azərbaycanın ərazi bütövlüyünə və tarixi torpaqlarına iddialar irəli sürmüş, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarılmasını həyata keçirmişlər:

“Bu proses Levon Ter-Petrosyanın bəyanatlarında da açıq şəkildə öz əksini tapır. O, tarixi saxtalaşdıraraq, bu ərazilərin uzun illər erməni xalqına məxsus olduğunu iddia edib. Halbuki tarixi faktlar bunun əksini göstərir. Ermənistanın separatçı ideyaları Cənubi Qafqazda uzun illər gərginliyə, qanlı müharibələrə və faciələrə səbəb olub. Lakin Azərbaycanın qətiyyətli siyasəti və 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi nəticəsində bölgədə yeni reallıqlar yaranıb. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi bu saxta ideyaların artıq arxivə sürükləndiyini göstərir. Bundan sonra bölgədə separatizmə və işğalçılıq meyllərinə yer olmayacaq. Azərbaycanın siyasi və hərbi qətiyyəti sayəsində bölgədə davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımlar atılıb və bu, regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir”.

Rafi Müslümov

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Yanvar 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri