Peyvəndi yoxdur, xüsusi müalicəsi də: Burbon virusu ilə bağlı ciddi XƏBƏRDARLIQ
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son illər ard-arda yaşanan virus infeksiyası təlaşı epidemiyalardan bezgin cəmiyyətdə təşviş yaratmaqda davam edir. Son günlərdə isə dünya mediasında Burbon virusu gündəmə gəlib. Gənələr vasitəsilə yayılan bu virusun artıq qonşu ölkələrdə də müzakirə olunması istər-istəməz “Azərbaycanda da belə bir təhlükə yarana bilərmi?” sualını aktuallaşdırıb.
“Tənha ulduz”lar niyə təhlükəlidir?
Bu virus Şimali və Cənubi Amerikada cəmləşmiş Lone Star (Tənha ulduz) gənələri tərəfindən yayılır. Virusa ilk dəfə 2014-cü ildə aşkarlandığı Kanzas ştatının Burbon qraflığının adı verilib.
Hazırda yeni yoluxmaların olduğu bildirilir. Əsasən yüksək hərarət, halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma kimi digər virus mənşəli xəstəliklərdə olan əlamətlərlə özünü göstərir. Tək fərqi bütün bunlarla yanaşı, dəri səpgisinin də olmasıdır. Bundan başqa qaraciyər fermentlərinin yüksəlməsi müşahidə olunur. Məsələnin ən təhlükəli tərəfi isə virusa qarşı təsdiqlənmiş xüsusi dərman və ya peyvəndin olmamasıdır.
Bəs bu virusun Azərbaycana gəlmə ehtimalı nə qədərdir?
Həkim-infeksionist Kamilə Vəliyevanın Bizim.Media-ya verdiyi açıqlamasına bildirdi ki, virusun Azərbaycana keçmə riski aşağı səviyyədədir. Çünki virusun əsas daşıyıcısı hesab edilən gənə növləri Azərbaycanda geniş yayılmış növ kimi tanınmır.
“Hazırda Azərbaycanda Burbon virusu nə insanlarda, nə də heyvanlarda müşahidə olunur və yayılma ehtimalı da çox azdır. İctimaiyyət üçün ciddi və yaxın təhlükə hesab edilmir”, - deyə həkim vurğuladı.
Bununla belə mütəxəssis diqqətə çatdırdı ki, Azərbaycanda digər gənə mənşəli xəstəliklər, məsələn, bakterial infeksiyalar mövcud olduğundan, gənələrdən qorunmaq vacibdir.
Əsasən bol yaşıllıq, hündür otlu ərazilərdə uzunqol köynək və coraba keçirilmiş uzun şalvar geyinmək lazımdır. Təbiət qoynundan qayıtdıqdan sonra təcili duş almaq və həmin paltarları 90 dərəcədə yumaq mütləqdir.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 05 Avqust 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















