Icma.az
close
up
RU
Pezeşkianın Bakı etirafının şifrəsi: “Əgər İsrail gəlib Azərbaycanla əlaqə qura bilirsə, demək ki, günah bizdədir”

Pezeşkianın Bakı etirafının şifrəsi: “Əgər İsrail gəlib Azərbaycanla əlaqə qura bilirsə, demək ki, günah bizdədir”

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran prezidenti Məsud Pezeşkian Zəncan şəhərinə səfəri zamanı səsləndirdiyi tarixi çıxışla həm İran daxilində, həm də regionda siyasi zəlzələ effekti yaradıb.

O, Azərbaycanın İran üçün “qardaş və qohum” olduğunu bəyan edərək, iki ölkə arasında əlaqələrin qurulmamasında əsas məsuliyyətin Tehrana məxsus olduğunu açıq şəkildə etiraf edib.

“Azərbaycan bizim qohumumuz və qardaşımızdır. Necə olur ki, biz ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Əgər ünsiyyət qura bilməmişiksə – günah bizdədir!”, – deyə Pezeşkian bildirib.

Bu etiraf sadəcə diplomatik tərzdə deyil, həm də siyasi cəsarət nümunəsidir. Çünki bu sözlərlə o, illərlə İran daxilində mövcud olan mühafizəkar, panşiə ideologiyasının, SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) və ali dini rəhbərliyin formalaşdırdığı düşmənçilik ritorikasına tamamilə zidd gedib. Bu, İranın ali ideoloji xəttinə qarşı üsyan bayrağının açılması deməkdir.

İranın son 30 ildə Azərbaycanla münasibətlərində əsas arqumenti belə idi: “Biz münasibət qurmağa çalışırıq, lakin Azərbaycan İsraillə əməkdaşlıq edir, bu da bizim qırmızı xəttimizdir”.

Bu iddialar həm dövlət rəsmiləri, həm dini liderlər, həm də rejimə bağlı media orqanları tərəfindən daim təkrarlanırdı.

Lakin Pezeşkian bu ritorikanı bir cümlə ilə darmadağın etdi: “Əgər İsrail gəlib Azərbaycanla əməkdaşlıq edə bilirsə, demək ki, biz bir şeyi düzgün etməmişik!” Bu, sadəcə bir etiraf deyil, Tehranın 30 illik ideoloji manevrlərinin, informasiya müharibəsinin içəridən ifşasıdır. Həm də bu sözlərin müəllifi ölkənin rəsmi, xalq tərəfindən seçilmiş prezidentidir – və bu, onu birbaşa SEPAH-a, ruhani dairələrə, dövlət radiosu və qəzetlərinin apardığı anti-Azərbaycan kampaniyasına qarşı çıxaran faktordur.

Aydın səma üzərində şimşək: Pezeşkianın sözləri mühafizəkar düşərgəni silkələdi

Bu günlərdə İranın rəsmi qəzetləri, SEPAH-a bağlı “Keyhan”, “Javan”, “Tasnim” kimi media orqanları Azərbaycana qarşı yeni ittiham və təxribat dalğası apararkən, Pezeşkianın səsi onların qışqırıqlarını susduran bir həqiqət kimi eşidildi. Bu, aydın səma üzərində çaxan şimşək effekti idi. Hətta Tehranın öz daxilində belə, bu cür bəyanatlara “devrimə xəyanət”, “rəhbərin yolundan çıxmaq” kimi reaksiyalar verilir.

Lakin Pezeşkian sadəcə doğru söz demədi – o, bu doğru sözü dediyi üçün indi siyasi risk altındadır. Bu çıxış həm də onu göstərdi ki, Pezeşkianın Azərbaycan xalqına sevgisi təkcə Şəhriyardan şeir söyləməklə məhdudlaşmır – o, real addım atmağa, diplomatik və siyasi riskləri öz üzərinə götürməyə hazır liderdir.

Pezeşkianın Zəncan səfərində səsləndirdiyi digər önəmli bəyanatlardan biri də Şimal–Cənub nəqliyyat dəhlizinə dair oldu. O bildirib:

“Əgər mövcud imkanlardan istifadə edərək İranın Şimal-Cənub dəhlizini aça bilsək, Özbəkistan, Türkmənistan, Rusiya və Azərbaycan arasında yarana biləcək nəqliyyat sensasiya olacaq. Bu dəhliz tam reallaşarsa, bizə sanksiya tətbiq edə bilməyəcəklər!”

Bu bəyanat, İran prezidentinin artıq sadəcə idealist deyil, həm də realist siyasi kurs seçdiyini göstərir. Tehran rejiminin hazırda Qərb sanksiyaları səbəbindən üzləşdiyi təcrid vəziyyəti yalnız regional əməkdaşlıqla, xüsusilə də Azərbaycan və Rusiya ilə tranzit platformalarında birgə layihələr vasitəsilə yumşalda bilər. Pezeşkian bunu görür və bunu açıq şəkildə ifadə edir.

Şimal-Cənub dəhlizi – Hind okeanından başlayıb İran, Azərbaycan və Rusiya üzərindən Avropaya çıxan qlobal ticarət magistralı – təkcə Tehran üçün yox, Moskva üçün də sanksiyalardan yayınmaq, Cənub-Şərqi Asiya bazarlarına çıxmaq və Avropaya iqtisadi nüfuz etmək vasitəsidir. Pezeşkianın bu xətti dəstəkləməsi onun həm regional inteqrasiyanı, həm də İranın iqtisadi xilası üçün praqmatik yol seçdiyini təsdiqləyir.

Pezeşkianın Azərbaycanla bağlı dedikləri təkcə İran diplomatiyası üçün yox, bütün region üçün dönüş nöqtəsi ola bilər. Əgər bu cəsarətli və rasional siyasət davam etdirilərsə, bu, İranın illərlə içində qaldığı təcrid siyasətindən çıxış yolu ola bilər.

Lakin bu yol çətin olacaq. Qarşıda onu gözləyən SEPAH təzyiqləri, ideoloji mühakimələr, daxili “beşinci kolon” və Qum seminariyasının səssiz müqaviməti var. Pezeşkian sanki içində qapanmış, gərilmiş, üzünü qaranlığa döndərmiş bir dövləti öz ayaqları üstündə durmağa çağırır. Onun səsi bu gün bəlkə də azdır, amma əgər İran xalqı və ağıllı siyasi çevrələr bu səsi eşidərsə, bu çağırış gələcəyin bünövrəsinə çevrilə bilər./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri