Icma.az
close
up
RU
Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir... AZALın sabiq prezidenti qəzadan DANIŞDI

Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir... AZALın sabiq prezidenti qəzadan DANIŞDI

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Sərnişin təyyarəsinin vurulması, üstəlik də vurulmuş təyyarənin ən yaxın aeoroportlar tərəfindən qəbul edilməməsi, təcili enişə icazə verilməməsi qeyri-insani hərəkət və cinayət əməlidir. Bu mənim şəxsi fikrimdir. Təbii ki istintaq aparılacaq, təyyarənin hansı şəraitdə vurulduğu, qəzanın baş vermə səbəbləri bilinəcək, aydınlaşacaq. Mənim şəxsi fikrim budur və ilkin tədqiqatlardan da görünür ki, təyyarə Qroznı səmasında raket hücumuna məruz qalıb, vurulub.  Vuranlar da başa düşüblər ki sərnişin təyyarəsini vurublar, izi itirmək üçün onu Qroznı yaxınlığındakı 5 aeroportun heç birinə qəbul etməyiblər". 
Bu fikirləri Demokrat.az-a açıqlamasında AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirib. O qeyd edib ki, Qroznı aeroportu da daxil olmaqla nə Mahaçqala, nə Həştərxan, nə Mineralnıyı Vodı, nə də Stavropol aeroportu təyyarəni qəbul edib:
"Pilotlarla dispetçerin danışıqları var. Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir. Bunu bilərəkdən, qəsdən ediblər ki, təyyarə dənizə düşsün, iz itsin. Qəhrəman pilotlarımız qəzalı təyyarəni ən ağır şəraitdə 1 saata yaxın idarə edib Xəzər dənizi üzərindən Qazaxıstana – Aktauya yönəldiblər. Hesab edirəm ki, AZAL şirkəti və Azərbaycan dövləti Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında vəsatət qaldırmalı, Rusiya Havaçılıq İdarəsinin bu qeyri-insani yanaşmasına hüquqi qiymət verilməsini tələb etməlidir". 
Ə.Əliyev söyləyib ki, Qroznı hazırda döyüş zonası hesab edilir: 
"Rusiya hava sahəsini uçuşlar üçün qapalı elan etməliydi. Qroznıya sərnişin təyyarəsi göndərmək düzgün deyil". 
Ə.Əliyev təyyarədə qəzanın  başvermə səbəblərini də izah etdi: 
"Təyyarənin vurulması nəticəsində əmələ gələn dəliklərdən salona hava axını daxil olub. Təyyarə salonunda hava yerdəki atmosferə uyğun olur ki, sərnişinlər rahat nəfəs ala bilsin. Amma dəliklərdən hava axını içəri daxil olduğundan hava balansı pozulub, sərnişinlər özlərini pis hiss etməyə başlayıb, hava balonlarından istifadə ediblər. Pilotlar təyyarəni hidromexaniki üsullarla  idarə etmək məcburiyyətində qalıb. Bu, çox çətin, həddindən artıq ağır işdir". 
AZAL-ın sabiq prezidenti onu da vurğulayıb ki, pilotlarımızın ustalığı və qəhrəmanlığı sayəsində təyyarə yerə endirilib və sərnişinlərin hamısı həlak olmayıb:
"Mən o kapitanı da tanıyıram, gənc pilota da dərs demişəm. Onlar peşəkar pilotlar idi. Ümumiyyətlə, Azərbaycan pilotları ağır hava şəraitində çalışmağı bacarırlar. Çox heyifslənirəm ki, bu faciə baş verdi. Amma faciəyə səbəb olanlar üzr istəməyi belə özlərinə rəva görmürlər".
Törə Zeynallı
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see135

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see133

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see126

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri