Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Pitersin hay sevdalı “cəsur ürəyi”

Pitersin hay sevdalı “cəsur ürəyi”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Miçiqan ştatından ABŞ Senatının üzvü Gari Piters Ermənistana və erməni xalqına “sonsuz məhəbbət” bəslədiyini izhar edib. O, “X” sosial şəbəkəsində özünün haylarla həmrəyliyini böyük ruh yüksəkliyi ilə paylaşıb və Ermənistanın suverenliyinin müdafiəsini təmin edəcək uzunmüddətli sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd etməyi də unutmayıb.

Ser Piters paylaşımında daha maraqlı mətləblərdən də bəhs edib: “İki il bundan əvvəl Ermənistanı ziyarət etmişəm. O zaman Azərbaycan ədalətsizcəsinə (?) basqın etmiş və 100 mindən çox etnik ermənini daimi yaşayış yerindən (?) məhrum qoymuşdur. Mən bu gün də öz fəaliyyətimdə dayanıqlı və uzunmüddətli sülh sazişinin üzərində birlikdə işləyərkən (?), eyni zamanda, erməni xalqının hüquqlarını (?) dəstəkləməkdə davam edirəm. Bu saziş Ermənistanın suverenliyinin müdafiəsinə yönəlməli (?) və ona zərər gətirəcək (?) bütün halların aradan qaldırmasına xidmət etməlidir”.

Demokrat Partiyasından senator seçilmiş keçmiş hərbçi, 67 yaşlı Gari Pitersin “Ermənistanın suverenliyinin müdafiəsinə yönəldəcəyi” sülh sazişini harada və nə vaxt “istehsal” edəcəyi kimi təxəyyül qarabasmaları ilə işimiz yoxdur. Amma onun ABŞ-dakı erməni lobbisinin bəstələdiyi “etnik ermənilərin Qabağdan zorla çıxarılması” mahnısına kortəbii züy tutmasının üzərindən keçmək mümkün deyil. Erməni diasporasının böyük pulla sifariş verdiyi və “anti-Azərbaycan xoru”nun repertuarından düşməyən mahnıya qol qaldırıb ürəkdən oynayan korrupsioner senator “cəsur ürək” sahibi imiş. Belə olmasaydı, o, “Ermənistanın suverenliyinin müdafiəsinə yönəldəcəyi” sülh müaviləsini ərsəyə gətirəcəyinə bu qədər əmin danışmaz, daha doğrusu, yazmazdı. Deməli, belə məlum olur ki, etnik ermənilərin heç bir zorakılığa məruz qalmadan Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü surətdə tərk etmələri və bunun BMT-nin bölgəyə göndərdiyi iki faktaraşdırıcı missiyasının hesabatında soldan-sağa səliqə ilə yazılması faktından “qəhrəman” Pitersin xəbəri yox imiş. Ya da ki, çox yaxşı xəbəri var, amma erməni diasporasının yüksək məbləğdə qonorarı onun gözlərini elə örtüb ki, görmə qabiliyyətində problem “yaranıb”.

Bizim üçün maraq doğuran məqam ondan ibarətdir ki, paylaşımında ürəyindəki hay sevgisinin “fontan” vurmasını yazan demokrat senatora erməni “duduk”unun anti–Azərbaycan zəhərli melodiyasına xumar olan və sonda Femida qarşısında yumağa dönən, indi səmaya həbsxananın dəmir barmaqlıqları arxasından baxan menendezlərin aqibəti dərs olmayıb. Hər halda bir xatırlatma tam yerinə düşür.

Azərbaycan Prezidenti avqustun 8-də Vaşinqtona səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında çirkaba bulaşmış belə haypərəst konqresmen və senatorlar barədə bunları deyib: “Bugünkü hadisə korrupsiyaya görə dəmir barmaqlıqlar arxasında olan Menendez kimiləri tamamilə sıradan çıxarır. Yaxud Adam Şiff. Mən öyrəndim ki, Merilend prokuroru Adam Şiffə qarşı ipoteka saxtakarlığına görə cinayət işi açıb. Bilirsiniz, bu adamlar mütəmadi olaraq Azərbaycana hücum edirdilər – Menendez, Şiff, Peloni, Pelosi, Şerman, Marki, Kristofer Smit və başqaları...”

Bəli, haqqı-ədaləti və vicdanı pula, merkantil maraqlarına qurban vermiş bu tiplər Azərbaycana qarşı apardıqları təxribatçı siyasətə, korrupsiyaya görə layiq olduqları yerə göndəriləcəklər. Belələrini Menendez içəridə intizarla gözləyir...

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri