Icma.az
close
up
RU
PKK nın ləğvi: “Öcalan Bakıda çıxan qəzetə demişdi ki...”

PKK nın ləğvi: “Öcalan Bakıda çıxan qəzetə demişdi ki...”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

PKK 12-ci Konqresində özünü buraxdığını elan edib. Türkiyə hökumətinin bir neçə dəfə bir neçə dəfə həyata keçirdiyi "kürd açılmı" siyasətinə istinadla, bunu inamsız yanaşnlar azlıqda deyil. Lakin əsas sual başqadır: PKK-nın özünü ləğvi niyə məhz indi baş tutdu?

Politoloq Toğrul İsmayılın "Yeni Sabah"a müsahibəsi:

- Əvvəlki illərdə proseslər sadəcə “kürd açılmı” istiqamətində idi və silahların yerə qoyulması məsələsi sonradan gündəmə gətirildi. Amma həmin vaxt nə PKK-nı dəstəkləyən partiya, nə də PKK-nın özü buna isti yanaşmadı. Ona görə də proses yarımçıq qaldı.

İndiki əksinə, təşkilatın İmralıda həbsdə olan lideri Abdullah Öcalanın özü bildirib ki, silahlar yerə qoyulsun. Qurucu lider söylədikdən sonra təşkilatın da başqa çarəsi yox idi.

Niyə məhz indi? Bunun arxasında həm daxili, həm də xarici faktorlar dayanır. Regiondakı vəziyyət, xüsusən Tramp administrasiyasının PKK-ya olan münasibətinin dəyişməsi və müstəvinin daha çox Suriya və İraqa keçməsi bu məsələni gündəmə gətirdi.

PKK-nın yaradıcısı SSRİ-dir. Sovet Kommunist Partiyasının 20-ci qurultayında alınan qərara görə, xalq hərəkatları da dünya kommunist hərəkatının bir parçası elan olunub. Bundan sonra meydana “kürd sosializmi”, “ərəb sosializmi”, “türk sosializmi” kimi anlayışlar ortaya çıxıb.

SSRİ xüsusən Türkiyə və İraqa qarşı terror təşkilatını bir növ vasitə kimi istifadə edirdi. Hafiz Əsəd də Abdullah Öcalanı uzun müddət öz ərazisində thimayə edirdi. Soyuq müharibədən sonra isə PKK-ya himayədarlığı daha çox ABŞ və Avropa ölkələri oldu. İndiki reallıqda isə beynəlxalq vəziyyət bu təşkilatın artıq bir işə yaramadığını göstərdi. 

- Silahlı mübarizənin tamamilə bitəcəyi nə dərəcədə realdır? Hansısa xarici qüvvələr yenidən terrorizmi körükləyə bilərmi?

- PKK özünü buraxsa da, onun bəzi ünsürlərinin başqa silahlı təşkilatlara qoşulması da istisna deyil. Məsələn, İran, Suriya və İraqdakı terrorçulara.  PKK ortaya çıxanda kürd separatizmindən daha çox kürd kommunist hərəkatı idi. 1993-cü ildə Bakıda çıxan “Dənge kürd” qəzetində də Abdullah Öcalandan müsahibə alınmışdı. Həmin müsahibədə Öcalan “mən kürd olmazdan öncə sosialistəm” demişdi. Yəni bu hərəkat sonradan separatçı oldu. 

- Bir tərəf, yəni PKK özünü buraxır, silahları təslim edir, digər tərəf, Türkiyə hakimiyyəti hansı addımlar atmalıdır? Təşkilat üzvlərinə kütləvi aministiya verilə bilərmi?

- Məcburən dağa çıxarılmış və hər hansı bir terror fəaliyyətində iştirak etməyən PKK üzvlərini belə cəmiyyətə qaytarmaq üçün qanunlar var. Son vaxtlar demokratik islahatlar çərçivəsində kürd dilinin sərbəstliyi kimi addımlar da atılıb. Əsas məsələ odur ki. PKK tam olaraq nə istəyir? Əgər məqsəd sırf Türkiyəni bölməkdirsə, bu mümkün olan şey deyil. Eyni zamanda, terrorçuların ölkə içərisinə qayıtması da imkansızdır. Bu, Türkiyə cəmiyyətində ciddi etiraza səbəb ola bilər. Şəhidlərin sayı xeyli çoxdur. PKK-nın qətliamlarına məruz qalan kürdlər də az deyil. İkincisi isə heç bir dövlət terror təşkilatı ilə sövdələşməz. 

- PKK-nın silahlı mübarizəni dayandırması onun siyasi partiyaya çevrilməsi şəraitini yarada bilərmi?

- PKK terror təşkilatının adıdır və onun leqallaşması mümkün deyil. DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasının fəaliyyəti də onsuz davam edir. Onlar onsuz da heç vaxt PKK-ya terror təşkilatı deməyib. Yəni bu partiya vasitəsi ilə PKK-nın siyasi fəaliyyəti onsuz da var idi. 

- Son bələdiyyə seçkilərdə DEM partiyası kürdlərin kompakt yaşadığı ərazilərdə qələbə qazansa da, daha sonra bələdiyyə rəhbərli həbs edilib və həmin bələdiyyələrə qəyyum təyin edilib. Bu fakt qızışdırıcı amil kimi terrordan istifadəni hələ də gündəmdə saxlayırmı?

- Silahlı mübarizə demək olar ki, bitdi. Doğrudur, terrordan tamamilə sığortalanmaq mümkün deyil. Amma nəzərə alaq ki, PKK-nin özünün belə silahlı fəaliyyətləri son illər xeyli zəifləmişdi. Bu baxımdan, ondan daha kiçik terrorçu qruplar ciddi terror aktları həyata keçirə bilməz.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 May 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri