Icma.az
close
up
RU
PKK ya tərksilah çağırışı və Ermənistanın mina terroru

PKK ya tərksilah çağırışı və Ermənistanın mina terroru

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Abdulla Öcalanın PKK terror təşkilatına: "Silahı yerə qoyun!" çağırışı sıradan bir hadisə deyil. Sadəcə, bir Tramp- Zelenski davasının kölgəsində qaldı. Amma ilkin nəticələr də var: terrorçu təşkilatın, belə desək, səhra komandirləri arasında çağırışa qulaq asanlar var. Proses gedir.

Düzdür, hər şey elə də asan olmayacaq. Dediyim kimi, mürəkkəb məsələnin sadə həlli yoxdur. Bir neçə böyük dövlətin - superkəşfiyyatların açıq-gizli dəstəyi ilə yaradılmış və bir neçə ölkənin ərazisində "yuva salıb", terrorçuluqla məşğul olan təşkilatı bir gündə demontaj eləmək mümkün deyil. Belə problemlər bir günə yaranmayıb ki, bir gündə bitsin. Moskva da bir gündə tikilməyib.

Moskva demişkən, elə bu təşkilatı Moskva - keçmiş Sovet İttifaqının keşmiş Dövlət Təhlükəsizliyi Komitəsi layihələndirmişdi. Abdulla Ocalanın DTX tərəfindən SSRİ-nin Tehrandakı səfirliyində necə ələ alınması, orda kimlərin iştirak etməsi və sair məlumdur. Bu təşkilatı SSRİ NATO ölkəsi olan Türkiyəyə qarşı, Türkiyə üzərindən Yaxın və Orta Şərqi istədiyi formada şəkilləndirmək üçün yaratmışdı. İndi isə vəziyyət xeyli dəyişib. Türkiyə Orta Şərqdə, Qafqazlarda, Mərkəzi Asiyada, Şərqi Avropada, Afrikada xeyli güclənib. Bu gün NATO ölkəsi olsa da, Türkiyə Rusiya ilə NATO ölkələri arasında balanslı mövqe tutur.

Rusiyanın dünyaya çıxışı Türkiyə üzərindən keçir. Buna görə də dünən Türkiyəyə qarşı PKK-nı yaratmış Moskva bu gün xarici işlər naziri Sergey Lavrovun simasında Türkiyədə bəyan edir ki, PKK terror təşkilatının varlığına son qoyulmalıdır. Türkiyə Rusiyanı və İranı PKK-nın arxasından çəkilməyə çağırır. ABŞ-ın, Avropa ölkələrinin isə başı Ukraynaya, daha doğrusu, özlərinə qarışıb. Buna görə də PKK-nın onsuz da maliyyə kanalları "qurumaqda" davam edir. Bu səbəbdən Ocalanın çağırışı üçün Türkiyə vaxtı düz seçib. Bu təşkilat onsuz da maliyyə, silah dəstəyi olmadan duruş gətirə bilməz. Həm də Tayyip Ərdoğan hökuməti kürd xalqı ilə PKK-nı bir-birindən ayırmağı əsasən bacarmışdı. Terror təşkilatının insan resurslarını xeyli məhdudlaşdırmışdı. Suriyada Əsəd rejiminin çökməsi də təşkilatın Suriya qolunu zəiflətdi. Türkiyə Orta Şərqin real gücünə çevrildi. Belə bir şəraitdə Ocalana tərksilah çağırışı etməkdən başqa yol qalmadı.

Prezident Ərdoğan və hökuməti Öcalanı bu çağırışı etməyə sövq elədiyi kimi, oxşar şəraiti Azərbaycan da Ermənistan üçün yaradıb; silahlanmadan, revanşizmdən, ərazi iddialarından əl çəkmək üçün fürsət tanıyıb. Hətta ilkin addım kimi aldığı silahları geri qaytarmağı da təklif edib. Öcalan qurduğu təşkilata tərksilah çağırışı etdiyi kimi, Nikol Paşinyan da öz ölkəsinə - revanşistlərə, terroçuluq düşüncəsində olanlara belə bir çağırışda, təklifdə buluna bilər. Ümumxalq səsverməsi ilə Konstitusiyada dəyişiklik edə bilər, ərazi iddialarından əl çəkə bilər və sair.

Amma bir məsələ də var. Ermənistan ordusunun canlı heyəti darmadağın edilib, amma "cansız heyəti" hələ də iş başındadır. Ermənistanın bir ordusu Azərbaycan ərazisindən qovulub çıxarılıb. Rəqib ikinci "ordu"sunu torpağın altına basdırıb gedib. Bu, minalardır.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diqqəti bu problemə cəlb edib. Azərbaycan vətəndaşlarının mina partlayışlarından zərər çəkməsi faktlarını bir daha gündəmə gətirib.

Bu günlərdə daha bir Azərbaycan vətəndaşı işğaldan azad olunmuş ərazilərdə minaya düşdü. Bu, çox ciddi problemdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun bu ilin yanvarında bəyan etdiyi kimi, 2024-cü il ərzində 41 şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşüb həlak olub. 2020-ci ilin noyabrından 2025-ci ilin əvvəlinə qədər 382 nəfər minada zərər görüb. Onlardan 70 nəfər həlak olub. Minaya düşənlərin 90 faizi mülki şəxslərdir. Ümumiyyətlə, 30 illik işğal dövründə bir neçə min Azərbaycan vətəndaşı Ermınistan bölmələrinin basdırdığı minalardan zərər çəkib.

Beləliklə, Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir. Bunun birinci sübutu Ermınistanın işğal rejimi dövründə minaladığı ərazilərin tam və dəquq xəritələrini Azərbaycana verməməsidir. İkincisi, Prezidentin köməkçisi Hikmət Hacıyevin də iki gün əvvəl öz "X" hesabında yazdığı kimi, Ermənistan "Cənubi Qafqaz regionundaən böyük mina istehsalçısı olaraq qalmada davam edir". Avropa ölkələrin səfirləri, "Avropa İttifaqının Müşahidə Missiyası" adı altında kəşfiyyat xidməti, həmin o Polşa prezidenti Duda və sair Ermənistandan Azərbaycan ərazisinə binoklla bağlı baxmaq əvəzinə, Ermınistanda mina istehsalına diqqət etsinlər. Bunun üçün binokl da lazım deyil. Öcalan kimi terrorçubaşı öz terror təşkilatını silahı yerə qoymağa, dinc həyata keçməyə çağıra bilirsə, bəs niyə Qərbin böyük-böyük siyasətçiləri, dövlət və hökumət başçıları, heç olmasa, bircə dəfə Ermənistana çağırış etsin. Rəsmi İrəvana ən azı çağırış etsinlər ki, "səssiz ölüm" vasitələrinin - minaların istehsalını dayandırsın və dəqiq mina xəritələrini Azərbaycana təhvil versin.

Özünə "sivil" deyən dövlətlər bunu edəcəkmi?! Terrorçubaşı Öcalan qədər də olmayacaqlarmı?!

İnanmaq çətindir. Amma inanmağı çox istərdim.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Mart 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri