Icma.az
close
up
RU
Plan Trampın masasındadır

Plan Trampın masasındadır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İranla müharibə tezliklə bitəcək”. 

Bunu ABŞ Prezidenti Donald Tramp "Axios" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, İrana qarşı hərbi əməliyyatlar tezliklə başa çatacaq: 

“Çünki İranda faktiki olaraq hədəf alınacaq heç nə qalmayıb”.

 Maraqlıdır, bölgədə yaranan gərginlik nə zaman başa çatacaq?

Məsələ ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, müharibə ilə bağlı Donald Trampın fikirlərinə baxdıqda, kifayət qədər ziddiyyətli məqamlar görmək olar: 

“Tramp müsahibələrinin birində bütün hədəflərə çatdıqlarını və müharibəni tezliklə dayana biləcəyini bəyan edir. Lakin son açıqlamasında müharibənin bitməsi ilə bağlı səsləndirilən fikirlərin hələ onun sona çatacağı anlamına gəlmədiyini bildirib. 

Yəni bu açıqlamalar bir-biri ilə kifayət qədər ziddiyyət təşkil edir. Donald Trampın nə deməsindən asılı olmayaraq, savaşın ilk günlərində səsləndirilən bəyanatlar və qarşıya qoyulan hədəflər hesab edirəm ki, tam mənada yerinə yetirilmədi. 

Belə ki, Tramp savaşın ilk günlərində əsas məqsədlərinin İranda rejimin devrilməsi və xalq tərəfindən hakimiyyət dəyişikliyinin həyata keçirilməsini göstərirdi. Lakin sonradan bu hədəflərin dəyişdiyi müşahidə olundu. Faktiki olaraq rejim dəyişmədi və  özünün yeni liderini seçdi”. 

Politoloq qeyd edib ki, digər istiqamətlərdə ABŞ və İsrail müəyyən nəticələrə nail olub, lakin bu, bütün hədəflərə tam şəkildə çatılması anlamına gəlmir: 

“Belə ki, Amerikanın əsas tələblərindən biri İranın öz nüvə proqramından tamamilə imtina etməsi idi. Artıq bu, demək olar ki, imkansız görünür. 

İkinci tələb İranın ballistik raket potensialının məhdudlaşdırılması ilə bağlı idi. Bu istiqamətdə müəyyən addımların atıldığı və potensiala zərbələr vurulduğu qeyd olunur. 

Eyni zamanda, İranın nüvə proqramına da müəyyən zərbələr endirilib. Bundan başqa, İranın proksi qüvvələrə dəstəyini dayandırması ilə bağlı tələblər də vardı ki, İran bunu qəbul etmirdi. 

Doğrudur, hazırda İsrail tərəfindən Livanda “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyatlar keçirilir. Eyni zamanda, ABŞ İranın Hərbi Dəniz Qüvvələrinə də ciddi zərbələr endirib. Donanmanın əhəmiyyətli hissəsi sıradan çıxıb desək yanılmarıq”. 

Oqtay Qasımov əlavə edib ki, müharibənin uzanması qlobal enerji bazarlarına da ciddi təsir göstərir: 

“Amma ümumilikdə müharibənin dayandırılması ilə bağlı səsləndirilən fikirlərə gəldikdə, müharibənin qəfil başlaması kimi qəfil bitirilməsi də imkansız olacaq. Hesab edirəm ki, bu müharibədə marağı olan müəyyən güclər var və onların bu qarşıdurmanın tezliklə başa çatmasında nə dərəcədə maraqlı olduqları ayrıca müzakirə mövzusudur. 

Bu baxımdan, Donald Trampın ziddiyyətli açıqlamaları əsasında konkret proqnoz vermək çətindir. Lakin düşünürəm ki, qarşıdakı həftə ərzində Trampın ağlından keçən variantlardan biri məsələnin onun Çinə səfərinə qədər müəyyən qədər həll olunmasıdır. 

Bu, real görünə bilər. Nəzərə alsaq ki, onun gələn ayın əvvəlində Çinə səfəri planlaşdırılır. Digər tərəfdən, müharibənin uzanması qlobal enerji bazarlarına ciddi təsir göstərir ki, bu da Tramp üçün heç də arzuolunan deyil”. 

O vurğulayıb ki, burada digər böyük güclərin rolu da nəzərə alınmalıdır: 

“Bu baxımdan, müharibə birtərəfli qaydada dayandırılsa belə, İranın tələbləri fərqlidir. İran müharibənin dayandırılması qarşılığında ABŞ və İsraildən təzminat tələb edir. Eyni zamanda, beynəlxalq təminatların verilməsini istəyir. 

Bütün bunlar göstərir ki, İran hazırda, özü üçün müəyyən qədər əlverişli şərtlər yarandığı bir vaxtda müharibəni ABŞ-nin istədiyi kimi bitirmək niyyətində deyil. 

Burada Çin və Rusiya faktorunu da nəzərə almaq lazımdır. Düşünürəm ki, onlar da ABŞ-nin Körfəzdə “İran bataqlığı”na batmasında maraqlıdırlar”. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: İran-ABŞ Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Mart 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri