Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Planlaşdırılmış qeysəriyyə əməliyyatı ilə təbii doğuşların müqayisəsi

Planlaşdırılmış qeysəriyyə əməliyyatı ilə təbii doğuşların müqayisəsi

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Qeysəriyyə əməliyyatı olduğu halda bunun gələcək həyatınıza və uşağınıza mümkün olan təsiri haqqında hərtərəfli düşünməlisiniz.

Qeysəriyyə əməliyyatının planlaşdırılması adi doğuşla müqayisədə sizdə işlərinizin nəzarət altında olması hissini yaratsa da, unutmayın ki bu, cərrahiyyə əməliyyatıdır və burada da ağırlaşma halları mümkündür. Adi doğuş zamanı baş verən ağrılardan azad olmuş olsanız belə, əməliyyatdan sonrakı yara nahiyəsində bir neçə gün ağrılar olacaqdır. Narahatlıq hissi isə bir neçə ay davam edə bilər.

Qeysəriyyə əməliyyatı seçiminə sizi bu səbəblər təhrik edə bilər:

- Keçmişdə ağırlaşmalarlakeçən vaginal (uşaqlıq yolu vasitəsilə) doğuşunuz olubsa. Ehtiyat etmək lazım bildiyiniz fikirləri tibb işçisi ilə bölüşmək və müzakirə etməklə ola bilsin ki, nəticədə fikrinizi dəyişəsiniz.

- Qeysəriyyə əməliyyatının ən təhlükəsiz olduğu vaginal doğuş zamanı sizin və uşağınızın zədələnmə riskinin artması fikri

- İlk doğuşunuz olduğuna görə narahatlıq hissi keçirməyiniz. Ağrıların aradan qaldırılması və ya azaldılması üçün yanaşmaların mövcud olması haqqında həkimdən ətraflı məlumat aldığınız halda ola bilsin ki, fikrinizi dəyişəsiniz.

- Uşağınızın dünyaya gəlməsi vaxtı ilə bağlı müəyyən arzularınız var. Məs.: həyat yoldaşınızın uzun müddət ölkədə olmayacağı səbəbindən (onun evdə olduğu müddətdə hamiləliyinizi bitirmək arzusunda olaraq qeysəriyyə əməliyyatına seçim verməyi düşünürsünüz). Bu fikrinizi tibb işçilərinə bildirsəniz, belə halın sizə və uşağınıza göstərə biləcək müxtəlif təsirləri barədə onlardan məlumat ala bilərsiniz.

- Sizdə vaginal doğuşa qarşı fobiya (qorxu) var. Bu halda da tibb işçiləri vaginal doğuş və qeysəriyyə əməliyyatının riskləri və üstünlükləri barədə sizə məlumat verəcək və vaginal doğuşa hazır olmaq məsələsində fikrinizin formalaşmasına kömək edəcəklər.

Planlaşdırılmış qeysəriyyə əməliyyatı bu halların olma ehtimalını azaldır:

- doğuşdan sonra qarın və aralıq nahiyəsində üç gün ərzində ağrıların olmasını

- uşaqlıq yolunun zədələnməsini

- doğuşdan sonra qanaxmanı

- mamalıq şokunu

Planlaşdırılmış qeysəriyyə əməliyyatı qadınlar üçün bu halların olma ehtimalını artıra bilər:

- doğum evində daha uzun müddət qalmanı

- doğuşdan sonrakı qanaxma ilə əlaqədar histerektomiya (uşaqlığın götürülməsi) aparılmasını

- ürəyin dayanmasını

Planlaşdırılmış qeysəriyyə əməliyyatı doğulan uşaqlarda sonradan intensiv terapiya şöbəsində göstəriləcək yardıma zərurət ehtimalını artıra bilər.

Diqqət! Əziz xanımlar, hamiləsinizsə və hamiləliyinizi qeysəriyyə əməliyyatı yolu ilə bitirməyi düşünürsünüzsə, bunu həkiminizlə məsləhətləşin. O, məsələləri sizinlə müzakirə edəcək və məlumatlandırdıqdan sonra qərar verməyinizə yardımçı olacaqdır. Həkim qeysəriyyə əməliyyatına olan tibbi göstərişlər, onun riskləri və üstünlükləri, gələcək hamiləliklərə və doğuşlara təsiri haqqında sizə məlumat verəcəkdir.

Qeysəriyyə əməliyyatı ilə bağlı əsas risklər hansılardır?

Yara nahiyəsinin infeksiyası daha çox rast gəlinən ağırlaşma halı olduğu üçün sağalma vaxtı bir neçə həftə tələb edə bilər.

Aşağı ətraf venalarında trombların (laxtaların) əmələ gəlməsi və onların ağciyərlərə ötürülməsi (ağciyərdə emboliya) ehtimalı

Qanaxmalar

Bədən çəkiniz normadan artıq olduğu halda və ya sizdə təkrar qeysəriyyə əməliyyatı aparıldıqda yuxarıda göstərilən ağırlaşmaların ehtimalı daha da artır.

Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn yenidoğulmuşlarda da müəyyən ağırlaşmaların yaranma ehtimalı artır. Buraya aiddir:

- yenidoğulmuşun nəfəsalmasında müvəqqəti çətinliyin yaranması (bu, ilk növbədə yaranan ağırlaşmadır)

- intensiv palatada xidmət göstərilməsinə daha çox zəruriyyətin olması

- uşaqlıq dövründə astma və artıq bədən çəkisinin əmələ gəlmə ehtimalının daha yüksək olması

Qeysəriyyə əməliyyatının gələcək doğuşlara təsiri

Doğuşunuz qeysəriyyə əməliyyatı yolu ilə aparılarsa, gələcək doğuşlarınız da çox güman ki, qeysəriyyə əməliyyatı yolu ilə olacaqdır. Üç və daha çox sayda qeysəriyyə əməliyyatı olunanlar arasında aşağıda göstərilənlərin riski artır:

- bağırsaq və ya sidik kisəsinin, sidik axarının zədələnməsi

- qan köçürülməsi və ya qanaxma səbəbindən uşaqlığın çıxarılması (hər növbəti qeysəriyyə əməliyyatı zamanı bu risk daha da artır)

- gələcəkdə hamiləliyin ölüdoğulma ilə nəticələnməsi

Doğuşdan sonrakı müddət baxımından təbii (vaginal) doğuşların qeysəriyyə əməliyyatından fərqi

Vaginal doğuş təbii doğuş üsuludur, xüsusən ondan əvvəl artıq vaginal doğuş olubsa. Doğuşdan sonra uşaqlıq yolu və aralıq nahiyəsində müəyyən müddətdə olan ağrı və narahatlıq hissi normal haldır. Vaginal doğuşlarda da ağırlaşmalar ola bilər və doğuş zamanı maşa və ya vakuum-ekstraktordan istifadəyə zərurət yarana bilər. Uşaqlıq yolunda cırılmalar səbəbindən də qeysəriyyə əməliyyatına ehtiyac yarana bilər. Doğuşdan sonra ilk günlərdə uşaqlıq qanaxmaları ola bilər.

Vaginal doğuşun üstünlüyü nədədir?

Doğuşunuz vaginal yolla tamamlanarsa:

- Doğuşdan dərhal sonra uşağınızla bilavasitə dəri təmasında olmaq və döşlə qidalandırmanı erkən başlamaq ehtimalınız artar.

- Orqanizminizin bərpa olunması daha sürətlə gedər və gündəlik fəaliyyətinizə daha tez qayıtma imkanınız olar.

- İlk doğuşunuz vaginal doğuş olarsa, növbəti doğuşlarınız, adətən, daha asan keçər və uşaq üçün gözlənilən risklər minimum səviyyəyə enər.

Gələcək doğuşunuz haqqında qərar verməzdən əvvəl bu seçiminiz barədə tibb işçilərindən ətraflı məlumat alın.

Hansı hallarda qeysəriyyə əməliyyatının planlaşdırılması məqsədəuyğundur?

Sağrı gəliş. Bir döl ilə hamilə olan qadınlara sağrı gəlişi olduğu hallarda əks-göstəriş olmadıqda dölün xaricdən çevrilməsi təklif olunur. Əks-göstəriş olduğu və ya xaricdən çevriliş baş tutmayan hallarda qeysəriyyə əməliyyatı təklif olunur. Bu hallarda qeysəriyyə əməliyyatı neonatal xəstələnmə və perinatal ölüm ehtimalını azaldır.

Çoxdöllü hamiləlik

Saglamliq.isim.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri