Icma.az
close
up
RU
Plastik cərrahlar QİYMƏTİ QALDIRDI Burun 5 min...

Plastik cərrahlar QİYMƏTİ QALDIRDI Burun 5 min...

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son aylarda plastik cərrahların fəaliyyətinin ciddi yoxlanması nəticəsində 2025-ci ilin fevral ayında bir neçə plastik cərrahın sertifikasiya şəhadətnamələri ləğv edildi. Səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası hələ fəaliyyətini davam etdirir.

Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlamanı davam etdirir.  Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

Proses hələ davam etsə də, tələblərə cavab verməyən bəzilərinin bu sektordan çıxarılması həm cərrahların, həm də klinikaların fəaliyyətinə ciddi təsir göstərib. Belə ki, yoxlamalar və cəzalar səbəbindən artıq bu sahədə fəaliyyət göstərənlərin sayı azalıb. Məlumata görə, bunun nəticəsində plastik və estetik xidmətlərin qiymətləri əhəmiyyətli dərəcədə bahalaşıb.

Dərman və tibbi vasitələrin qiyməti stabil qalsa da, kosmetoloqlar, plastik cərrahlar  öz xidmət haqlarını artırıblar. Bunun əsas səbəbi isə sektorda daha az sayda mütəxəssisin qalması və onların “mən saxta deyiləm” mesajı vermək istəməsidir. Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil. İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyyə standartlarının protokollarına uyğun həyata keçirilir: “Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir. Məsələn, Azərbaycanda çox icra olunan burun əməliyyatının qiyməti 800 AZN ilə 4500 AZN arası dəyişirdi. Burun əməliyyatının qiyməti ortalama 1700-2500 AZN arası idi.

Qeyd edək ki, mövzu ilə bağlı bir neçə estetik cərrahla əlaqə saxladıq, onlar cavab verməkdən yayındılar. Bildirdilər ki, araşdırmalar hələ davam etdiyinə görə açıqlama verməyə icazələri yoxdur.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Plastik əməliyyatlar sahəsində baş verən son proseslər gözlənilən idi. Belə ki, sənədləri təsdiqlənmiş əməliyyatların sayında müşahidə olunan azalma, bu sahədə yüksək tələbat fonunda qiymətlərin dəyişməsinə səbəb ola bilərdi. Əslində qiymət artımına dair müəyyən sərbəstlik əvvəldən mövcud idi və klinikalar bu çərçivədə hansı xidmətlərə hansı tarifləri tətbiq edəcəklərini özləri müəyyənləşdirirdilər. Bu da o deməkdir ki, qiymətlərdə vahidlik yoxdur və müxtəlif klinikalarda fərqli təkliflər mövcuddur.

Bazar iqtisadiyyatının qaydalarına əsasən, fərqli seçimlərin olması təbiidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu xidmətlər adətən icbari tibbi sığorta paketlərinə daxil edilmir. Bu səbəbdən də burada tətbiq olunan qiymət siyasəti fərqli yanaşmalarla müşayiət oluna bilər.

Digər tərəfdən, nazirliyin də vurğuladığı kimi, estetik əməliyyatlara qərar verilməzdən əvvəl peşəkar konsultasiyaların alınması mühüm əhəmiyyət daşıyır. Əgər əməliyyatlar həqiqətən də sağlamlıq üçün zəruridirsə, və ya insanın psixoloji rahatlığını təmin etmək üçündürsə, əlbəttə ki, belə müdaxilələr zəruri hesab oluna bilər. Lakin müşahidələr göstərir ki, bir çox hallarda insanlar sırf vizual dəyişikliyə nail olmaq məqsədilə təkrar-təkrar əməliyyatlara üz tuturlar. Görünür, qiymət artımı və mövcud ajiotaj fonunda insanlar bu sahədə qərar qəbul edərkən daha düşünülmüş və məsuliyyətli davranmalı olacaqlar. Bununla belə, mövcud vəziyyətin keçici xarakter daşıdığını düşünürəm. Hazırkı qeyri-sabitlik müəyyən müddət sonra bazarda balansın bərpa olunmasına, nəticədə isə qiymətlərin daha adekvat və dayanıqlı səviyyəyə enməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, Azərbaycanda plastik əməliyyatların qiymətləri növünə, cərrahın təcrübəsinə və klinikanın nüfuzuna görə dəyişir. Rinoplastika (burun əməliyyatı) 800 manatdan başlayaraq 3000 manata qədər yüksələ bilər. Məsələn, bəzi klinikalarda rinoplastika əməliyyatı 1000-1200 manat aralığında təklif olunur, digər klinikalarda isə qiymətlər 1500 manatdan başlayır. Mamoplastikanın (süd vəzilərinin böyüdülməsi) qiyməti təxminən 2500 manatdan başlayır. Abdominoplastika (qarın gərmə): Bu əməliyyatın qiyməti 2000 manatdan başlayır. Liposaksiya (bədəndən artıq piylərin götürülməsi): Qiymətlər 1500 manatdan başlayır. Blefaroplastika (göz qapaqlarının korreksiyası): Göz ətrafındakı qırışların yığışdırılması əməliyyatı 800-1000 manata başa gəlir. Bu qiymətlər təxminidir, klinikadan və cərrahın təcrübəsindən asılı olaraq dəyişə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sanksiyalar cəhənnəmi : Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək

10 Mart 2025 16:06see268

Bu sahədə Ermənistan hələ də qeyri konstruktiv mövqe sərgiləyir DTX rəisi

10 Mart 2025 18:51see237

Ramazan ayının 11 ci gününün DUASI

10 Mart 2025 22:01see163

Mask X ə hücumda Ukraynanı günahlandırdı

11 Mart 2025 03:29see141

Mərhum nazirin müğənni gəlini bahalı maşınını nümayiş etdirdi FOTO

10 Mart 2025 23:34see137

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

11 Mart 2025 07:36see136

"Bitcoin" niyə bahalaşır? Araşdırma

10 Mart 2025 16:14see136

Bakıda ağacları kəsənlərə cinayət işi açıldı

10 Mart 2025 16:06see127

ABŞ və Rusiya Ukraynaya alternativ seçim imkanı vermir

10 Mart 2025 20:20see126

Ruslar Anapada istirahət etməkdən kütləvi şəkildə imtina edirlər

10 Mart 2025 22:36see124

“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

11 Mart 2025 15:57see123

Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

10 Mart 2025 23:31see122

ABŞ ilə Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər

10 Mart 2025 18:27see122

Sumqayıt hesabı açdı Yenilənir

10 Mart 2025 17:23see121

“Azərbaycan qazı Ukrayna tranziti danışıqlarının bir hissəsidir”

10 Mart 2025 16:23see121

Bu da bir sensasiya: insan öləndən sonra beyin ölmür..?

11 Mart 2025 00:56see120

İnstaqramda ən çox danışılan funksiya: İndi bəyənmələrinizə diqqət edin

11 Mart 2025 04:01see118

ÇL: Bu gün 1/8 finalın cavab qarşılaşmalarına start veriləcək

11 Mart 2025 07:23see117

Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək

10 Mart 2025 19:30see115

Birgə hərbi təlimlərin İrana faydası yoxdur Politoloq

12 Mart 2025 06:48see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri