Icma.az
close
up
RU
Polina Rəhimova: Milli komandada iştirakıma gəlincə, hələ ki, bir söz deyə bilmərəm

Polina Rəhimova: Milli komandada iştirakıma gəlincə, hələ ki, bir söz deyə bilmərəm

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Belə vacib görüşlərdə gözəl oyun sərgiləyə bildiyim üçün çox xoşbəxtəm". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya Kubokunun qalibi olması ilə bağlı fikirlərini federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Voleybolçu bunun cari ildə qazandıqları ikinci kubok olduğunu vurğulayıb:

"Bu, cari ildə "Osasko"nun heyətində qazandığım ikinci kubokdur. Daha əvvəl Paulista Kubokunu qazanmışdıq. İndi isə Brazilya Kubokunun sahibi olduq. Finalda keçmiş klubum "Sesi Bauru"ya 3:1 hesabı ilə qalib gəldik. Çox gərgin, çətin və maraqlı oyun oldu. Pley-offda isə ötən mövsüm çempion olan "Minas"ı 3:2 hesabı ilə məğlub etmişik. Komandaya gəldiyim ilk vaxtlarda əsas heyətdə oynamırdım. Amma pley-off və final oyunlarında əsas heyətdə yer aldım. Çünki bəzi oyunçuların oyunları istənilən kimi alınmırdı. Belə vacib görüşlərdə gözəl oyun sərgiləyə bildiyim üçün çox xoşbəxtəm".

Milli üzvü final matçı haqqında düşüncələrini də bölüşüb:

"Oynamadığım müddətdə üzərimdə çox çalışırdım və düşünürəm ki, məhz buna görə yaxşı formada idim. Final oyunu çox çətin oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Hər biri əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Matçda oyunqurucumuz dizindən zədələndi və biz ikinci oyunqurucusu ilə davam etdik. O, bizimlə az oynamasına baxmayaraq, gözəl çıxış etdi. Komanda kimi yaxşı oynadıq, çox xoşbəxtəm, bir daha komandamı təbrik edirəm".

O, Azərbaycan çempionatını izlədiyini də söyləyib:

"Azərbaycan, eləcə də digər ölkələrin çempionatlarına vaxt olduqca baxıram, nəticələri izləyirəm. Bu il Azərbaycan çempionatında çıxış edən klubları yaxından izləyirəm. Cari mövsüm legionerlər də çoxdur. Bəzi oyunçuları tanıyıram. Çünki daha əvvəl onlarla bir komandada oynamışam və ya rəqib kimi qarşılaşmışam. Fəxr edirəm ki, onlar Azərbaycanı seçiblər. Bu gün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi voleybolun inkişafı üçün bir sıra işlər görür".

34 yaşlı hücumçu millidə iştirakı barədə sualı cavablandırıb:

"Milli komandada iştirakıma gəlincə, bu gün hələ ki, bir söz deyə bilmərəm. Hazırda klubun qarşıdakı oyunlarına köklənmişəm. Hər bir oyunçuya movsümü zədəsiz, problemsiz başa vurmağı arzulayıram. Burada yarışlar da gərgin keçir, yorğunluq olur. Çempionat bitdikdən sonra bir qədər istirahət etməyi planlaşdırıram. Bundan sonra qərar verəcəyəm".

P.Rəhimova yığmanın İslam Həmrəyliyi Oyunlarında qalib gələ biləcəyini istisna etməyib:

"Millimiz bu il Qızıl Avropa Liqasında, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Düşünürəm ki, yığma İslamiadada mükafatçılar sırasına düşə, hətta qalib də gələ bilər. Komanda bunu bacaracaq gücdədir. Həmçinin Qızıl Avropa Liqasında da uğurlu çıxış edə bilərik".

Qeyd edək ki, P.Rəhimovanın formasını geyindiyi "Osasko" Braziliya Kubokunun finalında "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.

   
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sport24.az
archiveBu xəbər 10 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri