Icma.az
close
up
RU
Polis əməkdaşı və abituriyent o hadisədən danişdilar VİDEO

Polis əməkdaşı və abituriyent o hadisədən danişdilar VİDEO

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Bəzən bir anlıq diqqətsizlik aylarla, hətta illərlə çəkilən zəhməti riskə ata bilər. Amma bu dəfə hadisələrin gedişini polis əməkdaşının operativ müdaxiləsi dəyişib.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, iyulun 5-i qəbul imtahanına yollanan abituriyent Ramin Kərimov ən vacib günündə şəxsiyyət vəsiqəsini evdə unutduğunu öyrənəndə elə bildi ki, universitet arzusu gözləri önündə puç olur. Lakin, polis əməkdaşının vaxtında göstərdiyi kömək sayəsində o, imtahan zalına son anda daxil ola bilib.
Ramin Kərimov deyir ki, imtahana buraxılmayacağını anlayanda illərlə çəkdiyi zəhmətin bir anda puç olacağını düşünüb. Aylarla davam edən hazırlıq, qurduğu arzular və gələcəklə bağlı planları gözləri önündən keçirib.

Nə edəcəyini bilmədən çıxış yolu axtardığı anda isə ona yaxınlaşan polis əməkdaşı ümidini yenidən qaytarıb.

Nərimanov Rayon Post-Patrul Xidməti Bölüyünün əməkdaşı Səməd Aslanzadə abituriyenti ən yaxın notariat ofisinə aparıb. Şəxsiyyəti myGov sistemi vasitəsilə təsdiqləndikdən sonra Ramin Kərimovun imtahana vaxtında buraxılması təmin edilib.
Zamanla yarışan polis əməkdaşı və abituriyent imtahanın başlamasına cəmi bir dəqiqə qalmış 34 nömrəli məktəbin binasına çatmağı bacarıblar.

Vaxtında göstərilən kömək sayəsində Ramin Kərimov qəbul imtahanına son anda çatıb və illərlə zəhmət çəkdiyi hədəf uğrunda mübarizəsini davam etdirmək imkanı qazanıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə də geniş yayılıb və polis əməkdaşının bu addımı rəğbətlə qarşılanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 İyul 2026 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri