Icma.az
close
up
RU
Politoloq: Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir

Politoloq: Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir".

Bunu "Report"a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O xatırladıb ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarının döyüşsüz Azərbaycana qaytarılması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr bəyanatına əsasən mümkün oldu:

"Bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana təhvil verilməli idi. Amma Azərbaycan qarşı tərəfin xahişi ilə humanizm prinsiplərini əsas tutaraq müddəti daha 10 gün artırdı. Beləliklə, ermənilər noyabrın 25-də Kəlbəcərdən tamamilə çıxdılar. Azərbaycan bu üç rayonu bir güllə atmadan, məhz kapitulyasiya aktı nəticəsində azad etdi.

Əlbəttə, bu hadisələr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış zəfərdir. Bu, Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi cəhətdən əhəmiyyətli rol oynadı. Eyni zamanda, Azərbaycan bu üç rayonun azad edilməsi uğrunda şəhid vermədi. Bu, ən mühüm məqamlardan biridir".

Ekspert diqqətə çatdırıb ki, Laçın və Kəlbəcər Ermənistanın Qarabağa çıxışını təmin etməsi üçün əhəmiyyət daşıyırdı. Həmin rayonlar Ermənistan üçün dəhliz rolunu oynayırdı. Odur ki, bu iki rayonun azad edilməsi nəticəsində Azərbaycanın strateji üstünlüyü daha da artdı.

"İqtisadi kontekstdən isə onu deyim ki, istənilən döyüş maddi-texniki resurs tələb edir. Odur ki, üç rayonun döyüşsüz azad olunması iqtisadi cəhətdən də Azərbaycanın üstünlüyünü təmin etdi, əlavə xərclərin qarşısı alındı. Beləliklə, həm də Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki qətnaməsini - 822 və 852 saylı qətnamələrini icra etdi. Xatırladım ki, BMT Təhlükəsizlik Şurası hər iki qətnaməni 1993-cü ildə müvafiq olaraq Kəlbəcər və Ağdamın işğalı ilə bağlı qəbul etmişdi. Amma 30 il müddətində həmin qətnamələr heç bir formada yerinə yetirilməmişdi", - politoloq vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-i Azərbaycanda Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri