Icma.az
close
up
RU
Politoloq: Rubio bütün məsələlərə öz ölkəsinin maraqları prizmasından baxır

Politoloq: Rubio bütün məsələlərə öz ölkəsinin maraqları prizmasından baxır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Vaşinqton sadəcə olaraq başqalarının xidmətlərini öz adına yazmağa çalışır


ABŞ-nin dünya qarşısında böyük qüsurları olmasaydı, onun tənqidlərini anlamaq mümkün olardı


ABŞ dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidenti Donald Trampın nailiyyətinin əhəmiyyətini vurğulayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin Rubionun təşkil etdiyi Transatlantik şam yeməyi ilə bağlı bəyanatında qeyd edilib.

Dövlət katibi sülhün qorunması və rifahın əldə edilməsi üçün Transatlantik tərəfdaşlığın əhəmiyyətini, NATO-ya üzv dövlətlərin çəkindirməni gücləndirmək üçün müdafiə xərclərini artırmaqla bağlı tarixi öhdəliyini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rubio həmçinin Çinin “bədxassəli təsiri”nə qarşı durmağın vacibliyini qeyd edib.

Yaxın Şərqdə sabitliyə nail olmaq üçün birgə əməkdaşlıq, o cümlədən İranın heç vaxt nüvə silahı inkişaf etdirməməsi və ya əldə etməməsini təmin etmək, Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidentinin nailiyyətindən bəhs edib.

Qeyd edək ki, dövlət katibi Marko Rubio Aİ və NATO-ya üzv ölkələrin xarici işlər nazirləri, NATO-nun Baş katibi Mark Rutte, Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas, Azərbaycan, Ermənistan, İsveçrə və Ukraynanın xarici işlər nazirləri ilə 2025-ci il Transatlantik şam yeməyinə ev sahibliyi edib.



Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, həmişə fövqəl qüvvələrin nümayəndələri öz xidmətlərini, gördükləri işləri bir qədər şişirdilmiş formada cəmiyyətə təqdim ediblər:


"Sonradan onların ətrafında geniş PR kampaniyaları qurulur. Sanki bu qüvvələri olduğundan da daha böyük miqyasda təsvir etməyə çalışırlar. Bu, bəlli məsələdir. Ancaq indiki dövrdə artıq pragmatizm mərhələsi başlayıb. Məsələn, hazırda BMT-nin 80-ci Baş Assambleyası keçirilir. Bu, dünyanın ən nüfuzlu və ən geniş beynəlxalq qurumudur. Burada bütün dövlətlər bir araya gəlir. BMT-dən böyük gözləntilər var və gələcəkdə də olacaq. Amma biz görürük ki, bu gözləntilər çox vaxt doğrulmur.

Əsas problem odur ki, ilk növbədə böyük dövlətlər bu qurumun fəaliyyətinə mane olurlar. Burada xüsusilə rəsmi Vaşinqtonun rolunu qeyd etmək lazımdır. ABŞ ən böyük donor ölkə olduğu üçün çalışır ki, BMT-ni özünün alətinə çevirsin. Bu isə düzgün yanaşma deyil. Məsələn, BMT-də “veto” hüququ tamamilə ləğv olunmalıdır. Təhlükəsizlik Şurasının daimi üzvləri üzərində əlavə nəzarət mexanizmləri yaradılmalı, qərarlar isə sadəcə səs çoxluğu ilə qəbul edilməlidir. Belə olarsa, uzun illərdir davam edən mübahisələrə də son qoymaq mümkün olar. Rubionun çıxışına gəldikdə isə, o, bütün məsələlərə öz ölkəsinin maraqları prizmasından baxır. Bu, başadüşüləndir, amma obyektiv yanaşma deyil. Çini qara rəngdə təsvir etmək, onu destruktiv fəaliyyətlə ittiham etmək düzgün deyil. Dünyanı dəyişmək istəyənlər hər şeydən əvvəl özlərindən başlamalıdırlar. Əgər ABŞ-nin dünya qarşısında böyük qüsurları olmasaydı, onun tənqidlərini anlamaq mümkün olardı. Amma bu ölkənin ciddi çatışmazlıqları var. Məsələn, indi həm Donald Tramp, həm də Rubio deyirlər ki, guya bütün prosesləri və müharibə vəziyyətlərini məhz Ağ Evin sahibi dayandırıb. Bu yanaşma nə dərəcədə obyektivdir? Azərbaycan və Ermənistan məsələsində rəsmi Vaşinqton müəyyən dərəcədə təsir göstərmiş ola bilər. Amma Yaxın Şərqə tətbiq etdikdə bu, heç cür özünü doğrultmur. Çünki İsrail burada açıq şəkildə terror siyasətindən istifadə edir, dini icmaları məhv edir. ABŞ isə İsraillə bağlı qərarları dəstəkləyir. Bu, ədalətli mövqe sayıla bilməz. Rubionun iddiasına görə, guya ABŞ Hindistanla Pakistanı barışdırıb. Əslində Hindistanın baş naziri Modi açıq islamofob mövqeyi ilə tanınır. Lakin o özü də etiraf edib ki, burada ABŞ-nin heç bir rolu olmayıb. Əksinə, bu prosesdə vasitəçi rolunu Çin oynayıb. Rəsmi Vaşinqton isə sadəcə olaraq başqalarının xidmətlərini öz adına yazmağa çalışır".


Analitik əlavə edib ki, bu proseslərdə ABŞ-nin, xüsusilə də Donald Trampın müəyyən imkanları var:

"O, dünya siyasətinə yeni nəfəs gətirə, öz ölkəsinin mövqelərini dəyişərək daha sülhpərvər bir lider kimi çıxış edə bilər. Amma hələlik biz bunu görmürük. Rubioya gəldikdə isə, o, bir tərəfdən öz fəaliyyətini tərifləyir, digər tərəfdən Ağ Evin mövqeyini üstün göstərməyə çalışır. Bildirir ki, guya ABŞ olmasa, bütün dünya dağılacaq. Bu, həqiqətə uyğun deyil. Digər tərəfdən, Rubionun özü də müsbət reputasiyaya malik deyil. Çünki o, açıq şəkildə İsrail siyasətini dəstəkləyən siyasətçilərdəndir. Bu isə nə Yaxın Şərqdə, nə də İslam dünyasında qəbul olunur. Onun yanaşmaları o qədər subyektivdir ki, artıq dediklərinə şübhə ilə baxmaq lazım gəlir. Belə siyasətçilər öz sözlərinə və mövqelərinə daha dəqiq və məsuliyyətlə yanaşmalıdırlar. Əks halda, onların nüfuzu və reputasiyası ciddi şəkildə zədələnəcək. Cəmiyyət də görəcək ki, belə nümayəndələr fantaziyalarını həqiqət kimi təqdim etməyə çalışırlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri