Icma.az
close
up
RU
Politoloq: Rusiyanın etdiklərinin səbəblərindən biri də Zəngəzur dəhlizi məsələsidir

Politoloq: Rusiyanın etdiklərinin səbəblərindən biri də Zəngəzur dəhlizi məsələsidir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Azərbaycanla Rusiya arasında münasibətlər son 8 ayda gərginləşib və bunun da əsas səbəbkarı Rusiyadır. Rusiya əslində bu gərginləşmədən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək niyyətini güdür. Məhz təyyarənin vurulması, ardınca bizim media məkanımıza kibertəhlükə hücumlarının təşkili, Milli Məclisin üzvünün deportasiya edilməsi və sonda soydaşlarımıza qarşı qeyri-insani rəftar və münasibətlər bu gərginliyi kifayət qədər artırıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 
O bildirib ki, bunun kökündə dayanan əsas səbəb Azərbaycanın müstəqil siyasət yürütməsi və bu balanslaşdırılmış siyasət nəticəsində qlobal güclərlə normal münasibətlər qurmasıdır:
"Strateji tərəfdaşlıq memorandumlarının imzalanması Rusiyanı məmnun etmir və bu səbəbdən o, təzyiq vasitələrini işə salıb. Bu vasitələrin başında isə Zəngəzur dəhlizi ilə bağlı məsələ dayanır. Rusiya çox istəyirdi ki, Azərbaycan bu dəhlizə güc tətbiq etsin, lakin Azərbaycan bu avantüraya getmədi və bu, Rusiya tərəfindən narazılıqla qarşılandı.
Hazırda Rusiyanın media məkanına və cəmiyyətinə baxsaq, Velikorus şovinizmi və imperiya ambisiyalarının pik dövrünü yaşadığını görərik. Rusiya bu imperiya yönümlü davranışları ilə keçmiş postsovet məkanı ölkələrini qorxu yaratmaqla öz təsiri altında saxlamağa çalışır. Amma buna nail olacaqmı? Bu, mübahisəli məsələdir. Artıq dövr dəyişib. Rusiyanın keçmiş müttəfiq və yaxın ölkələrə təhdid və təkəbbürlə yanaşması onları Moskvadan uzaqlaşdırır".
Onun sözlərinə görə, 35 ildən artıq münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan hazırda Rusiyanın bu imperiya siyasətinə qarşı faktiki olaraq eyni mövqedən çıxış edirlər:
"Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi də məhz bundan qaynaqlanır. Rusiya hal-hazırda azərbaycanlı miqrantlara, xüsusilə də iş adamlarına qarşı apardığı repressiyalar, mədəni tədbirlərə təzyiqlər və s. ilə təhdid dili işlədir. Amma bu, Azərbaycana təsir edəcəkmi? Qətiyyən yox. Çünki Azərbaycan daha ağır təzyiqlərə müqavimət göstərmək potensialına malik olduğunu artıq sübut edib və indi də göstərir. Münasibətlərin pisləşməsinin əsas səbəbkarı Rusiyadır.Biz Azərbaycan olaraq, Rusiya ilə tərəfdaşlıqda maraqlıyıq. Sadəcə olaraq istəyimiz ondan ibarətdir ki, Rusiya Azərbaycanla bərabər hüquqlu münasibətlər qursun".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri