Polkovnik Cəlilov məhkəmə qarşısına çıxacaq
Icma.az bildirir, Anews portalına istinadən.
Naxçıvan Hərbi Məhkəməsində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi, polkovnik Mirzə Cəlilovun işi üzrə ilkin məhkəmə iclası keçirilib.
Hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən iclasda polkovnik Cəlilovun anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və məhkəmə iclası 23 dekabra təyin edilib.
Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nın Baş İstintaq İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində ona Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) və digər maddələr üzrə ittihamlar irəli sürülüb.
Dövlət Xidmətinin rəisi vəzifəsini tutmazdan əvvəl Cəlilov Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
N.Təbrizli
4o
www.anews.az
Baxış sayı:83
Bu xəbər 10 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















