Polşa hərbi təyyarələrini havaya qaldırıb
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Tədbirlər həssas ərazilərlə sərhəddə yerləşən ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib”
Polşa Rusiyanın Ukraynaya hücumu fonunda hərbi təyyarələrini havaya qaldırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının “X” sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd olunub ki, Rusiyanın Ukrayna ərazisindəki əməliyyatı ilə əlaqədar bu ölkənin və onun müttəfiqlərinin hərbi aviasiyası Polşa “hava məkanında” fəaliyyətə başlayıb.
“Tədbirlər həssas ərazilərlə sərhəddə yerləşən ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib. Əməliyyat komandanlığı mövcud vəziyyətə nəzarət edir və tabeliyində olan qüvvələr və aktivlər dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir”, - deyə bildirilib.
Qeyd edək ki, bu gün Ukraynanın Ternopil şəhərində qaz anbarı raket zərbəsindən sonra yanıb. Eyni zamanda, Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















