Polşa Rusiya hərbi təyyarəsinin onun hava məkanını pozduğunu iddia edir
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
“Aprelin 25-də axşam saatlarında Baltik Donanmasının Rusiyaya məxsus hərbi qırıcısı Polşa Respublikasının Baltikyanı ərazi suları üzərindəki hava məkanına daxil olub”, - deyə komandanın “X” sosial şəbəkə hesabınad yerləşdirilmiş mesajında qeyd edib. “Uçuş Polşa Silahlı Qüvvələrinin radar sistemləri və Polşa Aviasiya Agentliyinin mülki sistemləri tərəfindən izlənilib”, - deyə mətndə əlavə olaraq qeyd edir.
Rusiya Müdafiə Nazirliyi mütəmadi olaraq bildirir ki, Rusiya hərbi təyyarələrinin uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Aprel 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















