Polşada 105 ildən sonra temperatur rekordu qırıldı
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Polşada son 105 ilin ən yüksək hava temperaturu qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi Meteorologiya və Su Təsərrüfatı İnstitutunun sözçüsü Aqneşka Prasekin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Avropanı təsiri altına alan güclü isti hava dalğası nəticəsində ölkənin qərbində yerləşən Slubitse şəhərində temperatur 40,5 dərəcəyə, Torun şəhərində isə 40,3 dərəcəyə çatıb.
Məlumata görə, bu göstərici rəsmi şəkildə təsdiqlənərsə, Polşada bütün dövrlərin ən yüksək temperatur rekordu olacaq.
Qeyd edək ki, əvvəlki rekord 29 iyul 1921-ci ildə ölkənin cənubundakı Proşkuv şəhərində qeydə alınmış 40,2 dərəcə idi.
Bu mövzuda digər xəbərlər:Polşada 105 illik istilik rekordu
30 İyun 2026 00:20
İspaniyada temperatur rekordu qırıldı
04 Sentyabr 2026 19:50
Arman Düplantisdən Polşada dünya rekordu
23 Mart 2026 04:12
Moskvada 122 illik temperatur rekordu qırıldı
12 İyul 2025 19:43
100 ilin temperatur rekordu qırıldı KONKRET
03 Avqust 2026 18:54
Baxış sayı:133
Bu xəbər 29 İyun 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















