Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Özbəkistanlı ekspert: Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat və enerji axınlarının əsas inteqratoruna çevrilir

Özbəkistanlı ekspert: Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat və enerji axınlarının əsas inteqratoruna çevrilir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Qlobal logistika zəncirlərinin sürətlə yenidən formalaşdığı bir dövrdə Azərbaycan strateji uzaqgörənlik nümayiş etdirərək Şərqlə Qərb arasında nəqliyyat və enerji axınlarının əsas inteqratoru kimi çıxış edir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov bildirib.

Ekspertin sözlərinə görə, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında həyata keçirilən genişmiqyaslı inkişaf layihələri və multimodal logistika mərkəzlərinin yaradılması Azərbaycanın coğrafi mövqeyinin imkanlarını maksimum dərəcədə reallaşdırmaqla yanaşı, Avrasiyanın yeni nəqliyyat-enerji arxitekturasının formalaşmasına mühüm töhfə verir.

“Azərbaycan təkcə öz tranzit rolunu gücləndirmir, həm də bütövlükdə Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən formalaşdıran strateji aktora çevrilir”, – deyə X.İbrahimov vurğulayıb.

O qeyd edib ki, bu prosesə xüsusi dinamika verən əsas amillərdən biri Azərbaycan-Özbəkistan əməkdaşlığının son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir. Ekspert bildirib ki, tərəflər yalnız tranzit layihələri üzrə deyil, enerji sahəsində də genişmiqyaslı əməkdaşlıq həyata keçirirlər. Buraya enerji resurslarının tranziti ilə yanaşı, yaşıl enerji və enerji sistemlərinin sinxronizasiyası üzrə birgə layihələr də daxildir.

“Orta Dəhliz çərçivəsində yaradılan kompleks infrastruktur həm yüklərin, həm də enerji axınlarının optimallaşdırılmasına imkan yaradır. Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı olan Özbəkistan və Xəzərdən Avropaya strateji çıxışı təmin edən Azərbaycan arasında formalaşan nadir sinerji Orta Dəhlizi rəqabətədavamlı və çoxqütblü logistika-enerji sisteminə çevirir”, – deyə Xayotjon İbragimov qeyd edib.

Ekspertin fikrincə, yaşıl enerji sahəsində birgə təşəbbüslər, həmçinin logistika-enerji hablarının yaradılması Orta Dəhlizin etibarlılığını xeyli artırır və bu marşrutu ənənəvi tranzit istiqamətlərində real alternativə çevirir. Beynəlxalq investorların regionun nəqliyyat infrastrukturu və yaşıl enerji layihələrinə artan marağı yaxın illərdə enerji və yük axınlarının 30-35 faiz artacağına dair əsaslı proqnozlar yaradır.

Xayotjon İbrahimov vurğulayıb ki, Azərbaycan regional sistemdə, sadəcə, tranzit ölkəsi rolunu oynamır, həm də nəqliyyat və enerji axınlarını birləşdirən sistemli inteqrator funksiyasını icra edir. “Azərbaycan Cənubi Qafqazda inteqrasiyaedici güc kimi çıxış edir. Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzi qovşağına çevrilir. Bu iki ölkənin strateji əməkdaşlığı Orta Dəhlizi Avrasiyanın aparıcı nəqliyyat-enerji arteriyasına çevirməyə real imkan yaradır”, – deyə ekspert bildirib.

O, sonda qeyd edib ki, Azərbaycanın və Özbəkistanın bu istiqamətdə koordinasiyalı siyasəti Avrasiyada yeni nəqliyyat-enerji modelinin formalaşmasına, regionun qlobal iqtisadi sistemdə rolunun daha da güclənməsinə xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri