Icma.az
close
up
RU
POS terminalı qoşmuşam, açılsın ... İnkişaf etmiş ölkələrdə kartdan karta ödəniş üsulu tətbiq olunmur

POS terminalı qoşmuşam, açılsın ... İnkişaf etmiş ölkələrdə kartdan karta ödəniş üsulu tətbiq olunmur

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

2025-ci ilin yanvar-avqust ayları ərzində POS terminallardan istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1143 qanun pozuntusu aşkar edilib. Bizimyol.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qurum qeyd edib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlər zamanı POS-terminalların tətbiqindən imtina hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.Sahibkarların POS-terminaldan istifadə etməsinə marağı niyə azdır?POS-terminallarla ödənişlər nə dərəcədə vacibdir?Bu proses dünya təcrübəsində necə tənzimlənir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, POS-terminaldan istifadədən yayınma ilə bağlı qanun pozuntuları bundan bəlkə də 2 dəfə də çoxdur: “Yanvar-avqust ayları ərzində POS-terminallardan istifadə ilə bağlı 1143 qanun pozuntusu kifayət qədər böyük rəqəmdir. Ancaq həmin rəqəmin bütün ölkə üzrə, yoxsa Bakı şəhəri üzrə olduğu haqda nəsə deyə bilmərəm. Amma bu qədər pozuntu böyük rəqəmdir. Hətta mən deyərdim ki, bu rəqəm tam olaraq reallığı əks etdirmir. Əslində POS-terminaldan istifadədən yayınma ilə bağlı qanun pozuntuları bundan bəlkə də 2 dəfə də çoxdur”.

Pərviz Heydərov

İqtisadçı qeyd edib ki, POS-terminalla ödəniş nəticəsində onların dövriyyəsi daha dəqiq, operativ qeydiyyata düşür və bu səbəbdən cərimələr, vergi, ödəmələr tam dəqiq olaraq vaxtında həyata keçir:“Sahibkarların aparatlardan istifadədən yayınmasına səbəb onların şəxsi maraqları ilə, nəzərdə tutduqları mənfəətlə bağlıdır. Çünki POS-terminalla ödəniş nəticəsində onların dövriyyəsi daha dəqiq, operativ qeydiyyata düşür və nəticədə onların cərimələr, vergi və sair ödəmələr tam dəqiq olaraq vaxtında həyata keçir. Eyni zamanda alıcı da, xidmətdən istfadəçi də, bu yolla ödəniş nəticəsində heç bir ziyan çəkmir. Xidməti göstərən və ya məhsulu satan sahibkarlar tərəfindən əlavə ödənişə cəlb olunmurlar. Ona görə də POS-terminaldan istifadə əslində daha geniş şəkildə geniş olaraq tətbiq olunmalıdır və bu terminallardan ödəniş zamanı istifadə tələbi xidmətdən istifadə edən, yaxud məhsulu alan istehlakçılar tərəfindən mütləq şəkildə, qətiyyətlə tələb olunmalıdır.

Reallıqda vəziyyət elədir ki, bir çox ictimai iaşə obyektlərində, hətta xırda ticarət obyektlərində POS-terminalları olsa da, onun guya “zaryadka”sının olmadığı, yaxud işləmədiyi bəhanəsini gətirərərək, kartdan-karta ödəniş tələb olunur. Bu da ciddi qanun pozuntusudur. Bu kimi hallar geniş yayılıb. Hər birimiz belə hallarla müntəzəm olaraq üzləşirik.

Dünya təcrübəsində ümumiyyətlə, həm iaşə obyektləri tərəfindən, həm ticarət obyektləri tərəfindən həyata keçirilən ödənişlər gömrüyə bilavasitə həmin bu mexanizm çərçivəsində baş tutur. İnkişaf etmiş ölkələrdə kartdan-karta ödəniş, yaxud nağd ödəniş hallar ticarət obyektərinin və ictimai iaşə obyektlərinin təklif etdikləri mal və xidmətlər üzrə ümumiyyətlə rast gəlinmir.

Dövlət Vergi Xidmətinin aşkarladığı rəqəm kifayət qədər böyük rəqəmdir. Amma bununla belə mən öz şəxsi fikrimi bildirərək deyirəm ki, reallıqda sözügedən sahə görə qanun pozuntusu əslində bundan azı 2 dəfə çoxdur”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri