Icma.az
close
up
RU
“POSTSOVET ÖLKƏLƏRİNƏ XARİCİ TİCARƏTDƏ 6 0 UDUZURUQ” “Hökumət üçün bu mənzərə utancverici olmalıdır”

“POSTSOVET ÖLKƏLƏRİNƏ XARİCİ TİCARƏTDƏ 6 0 UDUZURUQ” “Hökumət üçün bu mənzərə utancverici olmalıdır”

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bütün gurultulu bəyanatlara baxmayaraq, neftdən asılılığını saxlayan və qeyri-neft sektoru yerində sayan Azərbaycann iqtisadiyyatının göstəriciləri artıq həyəcan təbili çalmağa əsaslar verir. Hökumətin qeyri-neft sektorunda lazımi inkişafa nail ola bilməməsi fonunda neft hjasilatınınvə dünyada neft qiymətləırinin azalması da ölkəmiz üçün riskləri xeyli artırır.

Hurriyyet.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı paylaşım edib və Azərbaycanın keçmiş SSRİ respublikaları ilə xarici ticarət saldosundakı acınacaqlı vəziyyəti əks etdirib: “Azərbaycanın əsas ixrac məhsulunun neft-qaz, neft məhsulları olduğunu artıq hamımız bilirik. Onu da demək lazımdır ki, Azərbaycan post-sovet ölkələrinə (Gürcüstan xaric) neft-qaz satmır, və ya, az həcmli neft məhsulları satır.

2025-ci ilin yanvar-fevral ayları ilə bağlı idxal-ixrac rəqəmləri açıqlanıb, mənzərəni sizə göstərim, görün ölkə iqtisadiyyatı nə gündədir: 1) Rusiya – ixracımız cəmi 151 mln. dollar olub, Rusiyadan ölkəyə ixrac 847 mln. dollar, 2) Qazaxıstan – ixrac 12,2 mln. dollar olub, idxal 59,7 mln. dollar, 3) Belarus – ixrac 10,7 mln. dollar, idxal 55,6 mln. dollar, 4) Özbəkistan – 5,5 mln. dollar ixrac, idxal 59,5 mln. dollar (qeyd edim ki, Özbəkistanın bizim ölkəyə ixracı 2024-cü ilin ilk 2 ayı ilə müqaisədə 3 dəfə (!!!) artıb), 5) Türkmənistan – ixrac 6,7 mln. dollar, idxal 43,8 mln. dollar, 6) Qırğızıstan – ixrac 800 min (bəli, min) dolar, idxal 2 mln. dollara yaxın.

Mənzərə belədir, postsovet ölkələrinə ticarət saldosunda 6-0 uduzuruq, postsovet ölkələrinə heç nə istehsal edib sata bilmirik, neft-qaz ayıbımızı ümumən örtür, amma neft hasilatı və qiyməti düşür, qaz gəliri neft gəlirini əvəz edə bilmir və bilməyəcək, deməli, bir müddət sonra ayıb yerlərimiz çöldə qalacaq, neft-qaz o yerləri örtə bilməyəcək.

İstənilən hökumət üçün bu mənzərə utancverici olmalıdır, iqtisadi komandanın isə heç vecinə də deyil, rəqəmsiz, sübutsuz danışırlar, istənilən statistika isə özlərinə qarşı olur, sözlərini boşa çıxardır. Çünki, iqtisadiyyatda bəyanatlar deyil də, rəqəmlərin dili önəmlidir...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri