Icma.az
close
up
RU
Pozulan atəşkəs və yalan sülh bəyanatı: Paşinyan kimin diqtəsi ilə hərəkət edir?

Pozulan atəşkəs və yalan sülh bəyanatı: Paşinyan kimin diqtəsi ilə hərəkət edir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Məncə, Nikol Paşinyan Ermənistanın son günlərdə atəşkəsi pozaraq sərhəddə təxribatlar törətməsini Azərbaycanla sülh müqaviləsi mətnini razılaşdırmadan əvvəl düşünüb”. 

Bu sözləri politoloq Natiq Miri “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu gün Ermənistan müxalifəti intensiv olaraq baş verən hadisələrdən Paşinyan hökumətinin əleyhinə istifadə edir: 

“Üstəlik, müxalif medialar da Paşinyana qarşı təbliğat aparırlar. Ona görə də Paşinyan indiki vəziyyətdə bu cür güzəştlərin 2026-cı ildə keçiriləcək parlament seçkilərində mövcud iqtidar üçün müsbət nəticələr verməyəcəyini düşünür. Bu səbəbdən də atəşkəsi pozmaqla Azərbaycandan hədələyici tonda açıqlamaların verilməsinə nail olmağa çalışır. 

O, bununla da erməni xalqını qorxutmaq istəyir ki, sülhün alternativi müharibə olacaq. Erməni xalqı isə yeni müharibəyə və övladlarını yenidən ölümə göndərməyə hazır deyil. Yəni erməni xalqının bir hissəsi müxalifətin boş təbliğatına uysa da, müharibə başlayacağı halda kimsə övladını cəbhəyə göndərmək fikrində deyil”. 

Ekspertin fikrincə, məhz Nikol Paşinyanın tapşırığı ilə Ermənistan son günlərdə atəşkəsi pozur: 

“Səbəbi də erməni xalqında narahatlıq hissi yaratmaqdır”. 

Ekspert qeyd edib ki, Paşinyan Azərbaycana qarşı yeni əməliyyatlar və ya müharibəyə başlamaq kimi böyük bir yanlışa yol verməz: 

“Çünki istənilən növbəti qarşıdurma Ermənistan ordusu üçün çox ciddi zərbə olacaq. Bu isə 2026-cı ildə keçiriləcək parlament seçkilərinin nəticələrini müəyyən edəcək. Üstəlik, sözügedən seçkilərin nəticələri həm də Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalayıb-imzalamamasından asılı olacaq. O da anlayır ki, sülh müqaviləsini imzalamadan seçkilərə gedərsə, bunun acı nəticələrini yaşayacaq”. 

Natiq Miri Ermənistanın atəşkəsi pozmasının arxasında hansısa ölkələrin diqtəsinin dayandığı fikirləri ilə razılaşmır: 

“Zaman-zaman bəzi ekspertlər, siyasətçilər tərəfindən Paşinyanın Fransa və ya bəzi Qərb ölkələrinin diktəsi ilə hərəkət etdiyinə dair fikirlər səsləndirilir. Bununla bağlı müəyyən arqumentlər də ortaya qoyurlar. Lakin bəzən Nikol Paşinyan amilini nəzərə almırlar. O, müharibə olacağı təqdirdə özünün, hökumətinin və hətta Ermənistan dövlətinin aqibətinin necə olacağını çox gözəl bilir. Bu səbəbdən də intihara bərabər bu cür addımı atmaz. Düşünürəm ki, Nikol Paşinyan heç bir zaman hansısa dövlətin təhriki ilə yanlış və axmaq fikirlərə qol qoymaz. 

Ona görə də Ermənistanın son addımlarının kiminsə diqtəsi ilə deyil, Paşinyanın öz xalqını qorxutmağa hesablanmış addım olduğunu düşünürəm. Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa alternativin olmadığı reallığını xalqına başa salmağa çalışır. Bu səbəbdən də baş verən təxribatları başqa cür əsaslandırmaq mümkün deyil”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Sülh sazişi atəşkəs Ermənistan konstitusiyası

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri