Icma.az
close
up
RU
Ermənistanın davam edən saxtakarlığı dəyişməyən konstitusiya, pozulan atəşkəs ŞƏRH

Ermənistanın davam edən saxtakarlığı dəyişməyən konstitusiya, pozulan atəşkəs ŞƏRH

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan hakimiyyəti yenə saxtakarlıq edir. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanla sülh sazişinin imzalanacağı yer və tarix barədə düşündüyü bir vaxtda bu ölkə atəşkəsi pozub.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər (erməniləşdirilmiş variantı Vardenis) rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay (erməni variantı Vorotan) yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub.

Bundan əvvəl, martın 17-də də Ermənistan ordusunun bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.

Halbuki bu hadisədən bir neçə gün öncə, martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığına dair açıqlama vermişdi. Nazir açıq qalan iki maddə üzrə qarşı tərəfin Azərbaycanının təkliflərini qəbul etdiyini də bildirmişdi: “Azərbaycanın İrəvandan növbəti gözləntisi Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir”.

Bu açıqlamanı Ermənistan Xarici İşlər Nazirliyi də dəstəkləmişdi.

Rəsmi İrəvan isə ənənəvi saxtakarlıqla sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanat yayıb.

Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə Ermənistan baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatını əsassız adlandırıb.

Hər kəs sülhün çox yaxında baş tutacağını düşündüyü bir zamanda Ermənistan tərəfdən törədilən bu kimi təxribatlar rəsmi İrəvana etimadsızlığı artırır. Onsuz da bu ölkə ilə münasibətlərin qurulması üçün etimad mühitinin yaranmasına Azərbaycan tərəfi müxtəlif görüş, tədbirlərlə cəhd edir. Ancaq hər dəfə razılaşdırılmış məsələyə razılıq verəndən sonra İrəvan hakimiyyəti prosesin pozulması istiqamətində addımlar atır, vəziyyəti fərqli istiqamətə yönəltməyə çalışır. Ceyhun Bayramovun məlum açıqlamasından sonra iki ölkə arasındakı müvəqqəti sərhəddə atəşkəs rejiminin ard-arda pozulması Ermənistanın xoşməramlı olmadığını, sülh sazişi ilə bağlı açıqlamalarının isə saxta olduğunu bir daha təsdiqləyir.

Çünki indiyədək Ermənistan Azərbaycanla sərhəddə pozuculuq, qarşılıqlı etimada zərbə vuracaq addımlar atıb. Sərhədlər müəyyənləşmədən Qafanda İran konsulluğunun açılması, iki ölkə arasındakı əraziyə Avropa İttifaqı Mülki Müşahidə missiyasının birtərəfli qaydada yerləşdirilməsi, atəşkəs rejimini pozması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı görüşlərin keçirilməsini ləngitməsi, rəsmi Bakının sülhməramlı addımlarını heç vaxt etiraf etməməsi və b. bu kimi hadisələr onun dağıdıcı, pozucu əməllərinə nümunələrdəndir.

Avropa müşahidə missiyası zaman keçdikcə daha çox ifşa olunur. Çünki bu missiya bölgəyə yerləşdiyi iki ildən artıq dövr ərzində Ermənistan tərəfdən sərhəddə atəşkəsin pozulması faktı barədə hesabat yaymayıb. Əksinə, bu halları ört-basdır etməklə məşğul olub. Belə təəssürat yaranır ki, Fransanın təşəbbüsü və başçılığı ilə yaradılan bu missiya elə Ermənistanın belə əməllərini gizlətmək üçün yaradılıb.

İstər-istəməz Azərbaycan torpaqları işğal altında olan illər yada düşür. Həmin dövrdə də Ermənistan təmas xəttində atəşkəsi pozurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri, monitorinq missiyası və başqaları hadisə yerinə gələr, pozucu qarşı tərəf olsa da, bunu demir, rejimin pozulmasına görə hər iki ölkəni suçlu elan edib, gedirdi.

Hətta, Ermənistan-Azərbaycan münaqişəsinin başlamasında da oxşar addım atılardı. Yəni ATƏT Minsk qrupu həmsədrlərinin, beynəlxalq vasitəçilərin əməlləri ilə elementar tanışlığı olanlar bu məsələni çox yaxşı xatırlayırlar.

Bu baxımdan sərhəddəki missiya erməniləri müdafiəsi ilə Minsk qrupu həmsədrlərindən fərqlənmir.

Fransa, Hindistan, İran və başqa ölkələrin Ermənistan silah satması da onun istənilən şəkildə müharibəyə hazırlığından xəbər verir.

Bu günlərdə ABŞ-nin bu ölkəyə hərbi texnika yerləşdirdiyinə dair məlumat yayılıb. Pentaqon məsələni şərh etməkdən imtina edib. Bildirib ki, Vaşinqton Ermənistanla münasibətlərini yüksək qiymətləndirir, ancaq təhlükəsizlik baxımından texnikanın hərəkətini şərh etmir.

Bundan başqa Fransanın liderliyi ilə Avropa İttifaqının da onlara hərbi yardım edəcəyi məlum olub. Hərbi yardım paketinin gələcəkdə genişləndiriləcəyi də vəd edilib. Rəsmi İrəvanın yeni müharibəyə hazırlıq məqsədi ilə dron axtarışına başladığına dair məlumat yayılıb.

ABŞ və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını tezləşdirməkdə maraqlı görünür. Ancaq rəsmi İrəvana hərbi yardımlar onların Cənubi Qafqazda sülh prosesinə maneədir, şübhə yaradır.

Rəsmi Bakı İrəvana ATƏT-in Minsk qrupunun ləğvini təklif edib. Ancaq Ermənistan birmənalı şəkildə onun ləğvini istəmir. Hər dəfə bunu müxtəlif bəhanələrlə uzadır. Halbuki qrupun mövcudluğuna ehtiyac yoxdur. Onun mandatı bitib. Belə ehtimal etmək olar ki, rəsmi İrəvana perspektivdə iki ölkə arasında münasibətlərin normallaşması üçün bu faydasız təşkilatdan xeyir götürmək istəyir.

Məsələn, Ermənistan qanunsuz, əsassız istəklərini reallaşdırmaq məqsədi ilə qrupdan təzyiq aləti kimi yararlanmağa səy edə bilər.

Bu ölkə təcavüzkar konstitusiyasını dəyişmək istəmir. Gah 2026, gah da 2027-ci il deməklə mənasız yerə vaxt uzadır.

Əsas məsələlərdən bir isə 300 minə yaxın qərbi azərbaycanlının güc, zor tətbiqi nəticəsində pozulmuş Ermənistan vətəndaşlığıdır. Onların bu hüquqlarının, repatriant olaraq tanınmasını isə İrəvan beynəlxalq ictimaiyyətə fərqli mənada sırımağa səy göstərir.

Ermənistan bu kimi məsələləri qulaqardına vurmaqla sülh sazişi, normallaşmaya yanaşmasının saxtalığını nümayiş etdirir.

Nkol Paşinyan hökuməti müvəqqəti sərhəddə atəşin açılmasının ən primitiv yolunu təkzib etməkdə görür. Ancaq belə cavab çıxış yolu sayılmır. Çünki atəşin açılmasından xəbərsizlik, yaxud elə görünmək gələcəkdə Ermənistan hakimiyyəti üçün daha böyük faciələrlə nəticələnə bilər. İndiyədək rəsmi İrəvan bu kimi pozuculuq hallarına aydınlıq gətirməyib, araşdırma aparmayıb. Ona görə də yeniləri baş verir.

Bu hadisə Ermənistanın gizlicə müharibəyə kökləndiyini isbatlayır. Yaxud ola bilsin bu ölkəni qonşu dövlətlərə qarşı müharibəyə hazırlayırlar, Azərbaycanla şərti sərhəddə atəş sayıqlığı yoxlamaq üçündür. Bütün hallarda müvəqqəti sərhəddə atəş onun daimi dövlət xətti olmasını ləngidir.

Ermənistan ənənəvi təkzibi ilə vəziyyətin aydınlaşmasına imkan yaratmır.

Rəsmi İrəvanın cinayətləri gizlətməsi bir hadisəni də yada salır. 1994-cü il martın 19-da Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilən terror nəticəsində 14 nəfər ölmüş, 49 nəfər isə yaralanmışdı. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub. Məhkəmə orqanları metro stansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını sübuta yetirib.

Ancaq indiyədək rəsmi İrəvan bu cinayəti araşdıraraq ictimaiyyəti məlumatlandırmayıb. Bu isə yeni cinayət hadisələrinin törədilməsi üçün şərait yaradıb. Elə atəşkəsin pozulmasının gizlədilməsi, təkzibi də Ermənistanı yeni problemlərlə üzləşdirə bilər. /Report/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri