Icma.az
close
up
RU
Premyer Liqaya vəsiqə qazanan komandanın baş məşqçisi: Çəkdiyimiz əziyyətlər boşa getmədi

Premyer Liqaya vəsiqə qazanan komandanın baş məşqçisi: Çəkdiyimiz əziyyətlər boşa getmədi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Uzun marafonda çəkdiyimiz əziyyətlər boşa getmədi. Daim komandanın yanında olan klub rəhbərliyinə və azarkeşlərimizə təşəkkür edirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" komandasının baş məşqçisi Kənan Kərimov deyib.

O, qazandıqları nəticəyə görə futbolçuları ilə qürur duyduğunu bildirib: "Çətinliklərdən üzüağ çıxmağı bacardıq. Premyer Liqaya vəsiqə qazandıq, bu hissləri sözlə ifadə etmək çətindir. Bilirsiniz ki, 16 ildən sonra Yevlax yenidən elitada təmsil olunacaq. Bundan sonra da bizi böyük işlər gözləyir. Çünki I Liqa ilə Premyer Liqa arasında böyük fərq var. Növbəti il "Karvan"ın adına yaraşan tərzdə mübarizə aparmaq istəyirik".

Mütəxəssis Premyer Liqaya vəsiqəni təmin etmələrinə baxmayaraq, qarşıdakı dörd turda da uğurlu nəticə hədəflədiklərini söyləyib: "İkinci yerdə olan "İmişli" ilə 1 xal fərqimiz var. İstəyirik ki, I Liqanı 2-ci yerdə bitirək. Bunun üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan millisinin sabiq hücumçusu bildirib ki, növbəti mövsüm üçün heyətin necə formalaşdırılacağı barədə indidən danışmaq tezdir: "Hansısa futbolçunun komandadan gedəcəyi və ya bizimlə qalacağı ilə bağlı nəsə demək düzgün olmaz. Qarşıda dörd tur var. Uşaqların psixologiyasını pozmaq istəmirəm. Hər şey mövsümün sonunda müəyyənləşəcək".

Qeyd edək ki, "Karvan" komandası hazırda I Liqada 43 xalla 3-cü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see262

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see175

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see165

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see130

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri