Prezident Administrasiyasının sektor müdiri İctimai Şuranın üzvləri ilə görüşüb FOTOLAR
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşüb. Avtosfer.az xəbər verir ki, Prezident Administrasiyasının rəsmisi bu günlərdə yeni tərkibi seçilmiş şuranın üzvlərini bu münasibətlə təbrik edib, şuranın fəaliyyətinə uğurlar arzulayıb. O, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində QHT-lərin fəal iştirakına, ictimai iştirakçılığa xüsusi önəm verildiyini vurğulayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan və şuranın qarşısında duran vəzifələrdən bəhs olunub, təklif və tövsiyələr verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Nazirlik yanında İctimai şuranın son iki illik dövrdəki uğurlu fəaliyyətini qeyd edib. QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 May 2025 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları![Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]](https://icma.az/media/photos/15_11_2025/516707d3-6080-406b-bd69-a673ff55a496.webp)



















